Keçmiş məhkum toyda qan tökdü

Keçmiş məhkum toyda qan tökdü

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə dünən axsam saatlarında rayonun Beyi kəndində keçirilən toy məclisində qeydə alınıb.

Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağasiyev Qardaşəli Ağagül oğlu həmkəndlisi Rüstəmov Qılınc Xuduş oğluna bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A. Qardaşəli polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az