KİVDF yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı

KİVDF yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı
Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuatın 140 illiyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində qalib olan media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ-nın sədr müavinləri, media kapitanları və müsabiqə qalibləri iştirak edir. Tədbiri giriş sözü ilə açan V. Səfərli deyib ki, fond mütəmadi olaraq bu kimi tədbirlər keçirir. Onun sözlərinə görə, müsabiqəyə 153 yazı daxil olub, onlardan 111 qalib müəyyənləşib: "Bütün yazılar ekspertlər tərəfindən yoxlanılıb və qiymətləndirilib. 1-ci yer 500 manat, 2-ci yer-400 manat, 3-cü yer 300 manat müəyyənləşib". Daha sonra digər çıxış edənlər də KİVDF -nin bu kimi addımlarını yüksək qiymətləndiriblər.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az