Seyfurə Əliyeva: "Cavid özü Rasimi aldadıb, görüşə çağırdı”
"Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər”.
Bunu musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin anası Seyfurə Əliyeva deyib.
Cavid Hüseynovun Rasimin ölümündən xəbərsiz olmasını deməsinə münasibət bildirən Seyfurə Əliyeva bunun yalan olduğunu deyir: "Cavid həmin adamları tanıyır. Rasimi aldatdılar. Cavid özü Rasimi aldadıb, görüşə çağırdı. Ayrı-ayrı adamlar Rasimə zəng edirdi. Rasim dedi ki, zəng edənlərdən biri özünü Cavidin bibisioğlu kimi təqdim edib. Biri də deyib ki, adı Vüsaldır. Cavid onları Rasimlə görüşə göndərmişdi. Guya çay içib, üzrxahlıq edəcəklərdi. Rasim pul da götürmüşdü ki, çay içəcəklər”.
S.Əliyeva oğlunun döyülməsi haqda bunları danışdı: "Rasimi çatan kimi vurublar. Namərd insanı arxadan vurar. Pul qabını və telefonunu da götürüblər. Mənə dedi ki, yerə yıxıldım, ancaq ayaqlarını görürdüm. Rasim dedi ki, azı 6 nəfər idilər”.
Cavid Hüseynovun xəstəxanada Rasimi ziyarət etməsindən də danışan S.Əliyeva bildirdi ki, həmin vaxt oğlunun yanında dostu Aydın olub: "Cavid xəstəxanaya gələndə mən evdə idim. Yanından bir az olar çıxmışdım. Dostu Aydın Rasimin yanında idi. Sonra mən Rasimlə telefonda danışdım. Mənə dedi ki, Cavid və "Qəbələ” klubunun meneceri gəlmişdi. Ondan üzrxahlıq ediblər. Cavid deyib ki, onun döyülməsindən xəbərsizdir və həmin adamları tanımır. Ətraflı danışmaq istədim. Rasim dedi ki, yanına gələndə danışarıq”.
S.Əliyeva sosial şəbəkələrdə Cavid Hüseynovun ailəsini tanımaları, onlarla tanışlıqlarının olması və Cavidin atası ilə sinif yoldaşı olması haqda yayılan məlumatlara da münasibət bildirdi: "Biz Cavidin ailəsini tanımırıq. Heç bir qohumluğumuz da olmayıb. Bizim əslimiz də Cəbrayıldandır. Ancaq onları tanımırıq. Yalan yazırlar. Nə bir əlaqəmiz, nə də bir tanışlığımız var”.
Qeyd edək ki, Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Cavid Hüseynov şəhid Şakir Abbasovun oğludur. Futbolçunun atası Şakir Hüseyn oğlu Abbasov 1993-cü ildə Qarabağ döyüşləri zamanı 896 saylı Cəbrayıl alayında batalyon komandiri olub. Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Xatırladaq ki, ölən jurnalist Rasim Əliyev Cavid Hüseynovu tənqid edən status yazdığına görə, onun qohumları tərəfindən döyülmüşdü. Onu döyənlərdən biri Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov olub və onun polisə təslim olduğu bildirilir.
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ