Makron Qarabağa səfər edəcək

Makron Qarabağa səfər edəcək

Fransa prezidentindən gözlənilməz açıqlama

Fransa prezidenti Emmanuel Makron münaqişə tənzimlənəndən sonra Qarabağa səfər edəcəyini bəyan edib. 

İstiPress-in erməni KİV-inə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Emmanuel Makron bunu Fransadakı Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək",- deyə o vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və "status-kvo” problemin həlli deyil.  O qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, münaqişə tərəflərinin dinlənilməsi siyasətini davam etdirəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az