Malena Mard: "Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir"

Malena Mard:
"Atəşkəsin pozulması və itkilərin olması bir daha status-kvonun davamsız olduğunun göstəricisidir".

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard xatırladıb ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Avropa İttifaqı bəyanatla çıxış edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini, həmçinin onların regiona səfərlərinin yekunlarına dair bəyanatlarını dəstəkləyirik. Brusel bu məsələni yaxından izləyir. Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Zalber də regiona tez-tez səfər edir və prosesləri yaxından izləyir”. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az