Manatın taleyi ilə bağlı üçün sonuncu iclas - Qonşu ölkələr təşvişdə

Manatın taleyi ilə bağlı üçün sonuncu iclas - Qonşu ölkələr təşvişdə
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclası növbəti dəfə zəif qorunan milli valyutaları təlaşa salıb.

 
Bunu BakiPost.az-a iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan manatı da bu siyahıdan kənarda deyil: "Yenidən milli hökumətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək. Hər şey çoxdan gözlənilən qərara yönəlib. İclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı yüksəkdir. Belə bir qərarın verilməsi, xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək. Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələr vasitəsilə, eləcə də birbaşa təsirlərə məruz qalacaq. Avropada və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər”.

 
Qubad İbadoğlu qeyd edib ki, manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həssas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında mövqeyini bir az da zəiflədəcək:"Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb. Çünki islahatların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asılıdır”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az