Masallı dağlarında yanğın başladı

Masallı dağlarında yanğın başladı
Masallı dağlarında yanğın başlayıb.

Miq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində, saat 10:50-də yanğın məhdudlaşdırılıb.
Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az