MÜHARİBƏ BAŞLADI...Savaş şəhərdə gedir
Abuzər Əbilov
Üzgün bir səhərdir... Şəhərdə savaş başlayıb.
Cəbhə zonasında texnikanın tırtılları, əsgərlərin cığırtısı, aviasiyanın gurultusu qulaq batırır. Amma savaş düşmənlə deyil - təlimdir bu.
Savaş şəhərdə gedir.
Bir komanda kimi, "Həyəcan" siqnalı almış insanlar, uca tribunalardan, məmur kreslosundan, bank sektorundan, əlqərəz 1 qəpiyə də dəyərləndirə bilmədikləri dövlətin yağlı qazanından yeyənlər, ölüm düşərgələrinin sıra önündə dayanmış cəza dəstələrinin "ovcarka"sı kimi "fas " alaraq, elə ölüm düşərgələrindəki güzəranlı veteran, əlil kütləsinə cumublar.
Tək onlarmı? Onların gözlə görünməyən orduları, ağ otaqlarda, bahalı kompyüterlerlə təhciz edilmiş saytlarında, sosial şəbəkələrdə də əldə müasir "jurnalist", "adi yuzer" silahı hücum əmrini alıb. Görən nədəndir bu?
Hamı Ulu öndər deyir. Tribunadan "Ulu öndərimiz neft konsersumuna imza atdı və ölkəmizi iqtisadi yüksəlişə gətirdi" deyir və bu zaman qovuşan boğazını arıtdayıb, yerli istehsal olmayan və gömrük rüsumundan kənar "yaxşı daydaylar üçün" gələn "Perrier" suyundan icir.
Əcəba, Ulu öndər elədi. Elədi ki, xalqı firavan, vətəni güclü, vətəndaşı sosial ədalətli, veteranı güzəştli və hörmətli yaşasın. Milyonlar, milyardlar gəldi.
Və bu zaman ağzı makaron görməyən kücə tulalarının qarşısına quzu kababı gəldi. Gözlər dombaldı, ürəkləri piy basdı, qarınlar yekəldi, tüklər uzandı-heyhat, mənəviyyat elə kücə tulası səviyyəsində qaldı.
Və savaş başladı.
Talanmış büdcə, talanmış xəzinə, talanmış dövlət, işgaldakı torpaq, talanmış resursalar-ayıltdı ki, boşqaba artıq Səba toyuğunun arxa hissəsindən başqa kabab gəlmir. Bu zaman sual yaranır- kimi əzək?
Bu anda yavan çörək yeməkdən qaməti əyilmiş - cəmiyyətə gərəksiz olan veteranlar, əlillər yada düşdü. Artiq onlar bizə lazim deyil! Əcəba niyə bunlar hələ də sağdır? Niyə tikəmizin sümüyü bunlara düşür? Elə həyətdə , villada, bağda saxladığımız "parodisti" köpəyimizə düşsə olmazmı? Ada götürün xarici gəzintidən gələndə gətirdiyimiz beysbol bitalarını-vurun bu köpək uşağını.
Vurdular, bəs olmadı-yenə vurulmağa "fas" gəldi.
Amma zaman vardı ki,cəbhədə güllə atılanda,bu köpəklər həmən döydüklərinin kişisiz qalmış cəpərlərinin dibində kölgədə oturub, ağzı ilə milcək tutar, "Marş irəli Azərbaycan əsgəri" mahnisini eşidəndə tüklərini qabardıb göydəki ulduza hürərdilər.
Allah Xocanın dədəsinə rəhmət eləsin-yaxşı demiş: gedir yal davası, sümük davası. Amma yalımız da yoxdu bizim a Xoca, olsa yəqin onun da müzakirəsi gedərdi. Sümüyümüz isə əzəldən olmayıb-olacağı zamanı onu da bunlar qapıb qacdılar. Məsciddən qaloş oğurlayan köpək kimi.
Siz sağ olun tulalar, balanızı sallaq əmcəyinizin altında isidin, fahişələrinizi uca villalarda saxlayın, nahara Fransaya, günorta yeməyinə İstanbula, şam yeməyinə isə Kanar adalarına gedin.
Yenidən qayıdıb sümüyümüzə, yalımıza tamah salın.
Səngərdə isə bir imtiyazsız veteranın, imtiyazsız balası şəhid oldu yenə...
Vətən Sağ Olsun !
Miq.az