Millət vəkili “AZƏRSU”nu "vurdu"–Milyonlarla pul hara xərclənib?

Millət vəkili  “AZƏRSU”nu

"BAKINI BU GÜNƏ SALAN "AZƏRSU”dur” – Deputat

Yolların çayı xatırlatmağı azmış kimi, şəhərin bir çox hissəsinə qazın verilişi də dayandırılıb. "Azəriqaz”dan isə bildiriblər ki, bu xəbər yalandır.

Bakı rayon icra hakimiyətləri isə yağışın fəsadları ilə əlaqədar bildiriblər ki, heç bir problem yoxdur.

Şəhərin hazırkı durumu ilə bağlı millət vəkili Araz Əlizadə Ölkə.Az-a açıqlama verib:

"Bakını su basdığına görə nə şəhər icra hakimiyyəti, nə də rayon icra hakimiyyətləri məsuliyyət daşımır. Bütün su və kanalizasiya məsələləri hamısı birbaşa "Azərsu”ya tabedir.

Şəhərdəki kanalizasiyalar yağışın öhdəsindən gəlmirsə, bu, "Azərsu”nun günahıdır. Bakının bu gündə olmasının günahı "Azərsu”dur. Bakının kanalizasiyasının düzəlməsi üçün yüz milyonlarla pul xərclənib, ancaq hər dəfə yağış yağanda Bakı batır. Bundan nəticə çıxarmaq lazımdır, dövlətin ayırdığı vəsait hara gedib?

Milli Məclisdə bununla bağlı heç bir məsələ qaldırmaq fikrim yoxdur, bunu 2005-ci ildə bir dəfə qaldırmışam, ancaq heç bir nəticə vermədi. Ona görə Milli Məclisdə yenidən məsələ qaldırmaq mənasızdır”.

Qeyd edək ki, qazın kəsilməsi və yağışın şəhəri iflic etməsi barədə sosial şəbəkələrdə çoxlu sayda foto və videolar yayımlanıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az