Millət vəkilinə hücum edildi: 3 ölü, 8 yaralı

Millət vəkilinə hücum edildi: 3 ölü, 8 yaralı

Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlıurfadan olan deputatı İbrahim Halil Yıldıza və partiyanın onunla birlikdə seçki kampaniyası aparan digər üzvlərinə hücum edilib.

Miq.Az xəbər verir ki, olay Şanlıurfanın Suruç rayonunda baş verib. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Millət vəkili hadisə zamanı xəsarət almayıb. Amma ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az