Mingəçevir DYP: Polkovnik- leytenant Musayev Elçinin avtomobili...
Mingəçevir DYP-dən -REAKSİYA
Bu yaxınlarda Abşeron rayon, Ceyranbatan qəsəbəsi hərbi şəhərcikdə yaşayan, polkovnik-leytenant Musayev Elçin Fərman oğlu tərəfindən Miq.Az saytına daxil olmuş şıkayət məktubunu oxuculara təqdim etmişdik. Şikayətdə qeyd olunurdu ki, 14.01.2017-ci il tarixdə Mingəçevir şəhər DYP müfəttişi Elnur adlı şəxs hərbi xidmətdə olan polkovnik- leytenant Musayev Elçin Fərman oğlunun maşınını saxlayıb mübahisə etmişdir, qanunsuz olaraq maşını cərimə meydançasına aparilmışdır. Şikayətdə o da qeyd olunurdu ki, həmin vaxt Qarabağ müharibəsi veteranı və şəhid ailəsi Şəfa Zeynalov adlı mülkü şəxs polis işçiləri tərəfindən xəsarət alıb.
Yazıyla bağlı Miq.Az-ın redaksiyası ilə əlaqə saxlayan Mingəçevir ŞPŞ-nin DYPB-nin rəisi polis polkovnik-leytenantı Bəliyar Bəşirli haqlarında gedən şikayətin həqiqəti əks etdirmədiyini bildirərək qeyd etdi ki, baş vermiş olayda döyülmə hadisəsi baş verməyib və heç kim də xəsarət almayıb. Əgər xəsarət alan olsaydı, mütləq həkim kağızı olardı.
Miq.Az olaraq redaksiyamıza müraciət edən hər iki tərəfin tribunamızdan istifadə etmə hüququna hörmətlə yanaşdığımızdan, Mingəçevir ŞPŞ-nin DYPB-nin rəisi polis polkovnik-leytenantı Bəliyar Bəşirlinin adından göndərilən arayışı oxuculara təqdim edirik:
A R A Y I Ş
15.01.2017-ci il tarixdə saat 01-30 radələrdə Mingəçevir ŞPŞ-nin DYPB-nin YPX əməkdaşı Sultanov Məhəmməd Vaqif oğlu və İsmayılov Elnur Valik oğlu xidmətdə olarkən Mingəçevir şəhəri N.Nərimanov küçəsi ilə hərəkət edən Toyota Prado markalı 90 LH 936 qeydiyyat nişanlı avtomobil üzərində 3 aydan artıq müddətə ödənilməmiş cərimələri olduğuna və bu səbəbdən avtomobilin üzərinə həbs qoyulduğuna görə saxlanılmışdır. Nəqliyyat vasitəsi saxlanılarkən həmin nəqliyyat vasitəsini idarə edən sürücü, polkovnik-leytenant Musayev Elçin Fərman oğlunun Yevlax rayon məhkəməsinin qərarı ilə 8 ay müddətinə sürücülük hüququndan məhrum edildiyi müəyyən edilmişdir.
Mingəçevir ŞPŞ-nin DYPB-nin rəisi,
polis polkovnik-leytenantı: Bəliyar Bəşirli
Redaksiyadan: Biz Miq.Az olaraq saytımızda gedən şikayət məktubuna Mingəçevir ŞPŞ-nin DYPB-nin rəisi, polis polkovnik-leytenantı Bəliyar Bəşirli tərəfindən dərhal reaksiya verilməsini və hadisənin necə baş verdiyi barədə sənədlərlə redaksiyamıza göndərdiyi cavabı da təqdirəlaiq hal hesab edirik.
Miq.Az