Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub

Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub
Minskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il təvəllüdlü Rəhimov Rüstəm Məmməd oğlu insan ölümü ittihamı ilə həbs olunub.

Miq.az "Report”
a istinadən bildirir ki, azərbaycanlı tələbə noyabrın 12-də həbs olunub.

Onun yerli millətdən olan, Aleksey adlı Belarus vətəndaşını öldürdüyü üçün həbs olunduğu bildirilir.

Hadisəyə səbəb R.Rəhimovun yerli millətdən olan qız tanışı ilə mübahisəsi, həmin şəxsin isə kənardan müdaxilə edərək qızı ondan ayırması səbəb olub. 

Azərbaycanlı gənc bunu həqarət hesab edərək belaruslu ilə görüş təyin edib. Təyin olunan görüşdə azərbaycanlı gəncin bir neçə əcnəbi ilə belaruslunu döyərək öldürdüyü bildirilir. 

Hadisəyə səbəb olan dəstənin bütün üzvləri saxlanılsa da, azərbaycanlı tələbədən başqa digərləri sərbəst buraxılıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az