Bu gün xalq artisti Brilliant Dadaşova ad gününü qeyd edib.
Milli.Az Show.az-a istinadən bildirir ki, xalq artisti ad günü ərəfəsində bu il verdiyi solo konsertin video yazısını kanalların birində fanatlarına təqdim edəcək. Gün ərzində xalq artisti yüzlərlə təbrik ismarışı alıb. Brilliant Dadaşova facebook səhifəsində belə bir status da yazıb: “Əziz, FB dostlarım, Allah mənim üçün bu FB səhifəsini açan insandan razı olsun. FB məni sizinlə yaxınlaşdırdı. Anam, atam, nənəm, əmilərim yanımda olmasalar da, musiqimi sevən insanlar özümü dərk etdiyim gündən hər zaman yanımda olub, mənə yetimçiliyi unutdura bilib”.
Qeyd edək ki, Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub. Onun anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəldi.
1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.
1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verilib. 2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülüb. Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.
Bu gün neçə illərdir onunla eyni dam altında yaşayan həyat yoldaşı Ədalət Hacıyev səhnəmizin Brilliantı haqqında bir neçə kəlmə danışdı:
“Bütün işlərimiz ayrıdır, amma onun bütün işlərində mənim əlim var. O, özü buna şərait yaradır. Hiss edirəm ki, Brillianta lazımam. Çox yerlərdə məni onun həyat yoldaşı kimi tanıyırlar. Bunu bəlkə də qəbul etməzdim, əvvəldən onun yanında olmasaydım. Biz öz aramızda razılığa gəlməyi bacarırıq. Ərköyünlük Brilliantın təbiətindədir. Mən həmişə özümü onun yanında günahkar hiss edirəm. Brillianta bir ismarışım var: Dəyişmə!”.
Читать полностью: http://news.day.az/showbiz/430533.html