Müxalifətdə “yenə həmin dalğa, yenə həmin kordinat...”

Müxalifətdə “yenə həmin dalğa, yenə həmin kordinat...”

Qabil Hüseynli : “Avropada Azərbycanın taleyinə yönəlık məsələlərə müxalifətçilik eləməyə dəyməz”

Tahir Kərimli: “Ləyaqətli” sözünün ətrafında yaradılan ajiotaj müxalifətin növbəti bəhanəsidir”

Sərdar Cəlaloğlu: “Müxalifət belə düzgün anlaşılmaz”.

Zəminə Dünyamalıyeva: “Təqdimat düzgün verilməyib”

Müxalifət cəbhəsi yenə də cəfəng bəyanatlar verir. Bu dəfə günahkar “ləyaqətli”dir
Bir qədər əvvəl AP-nın azərbaycanlı zabit Pamil Səfərovun ekstradisiyasından sonra ölkə Prezidenti tərəfindən əfv edilməsi və rütbəsinin artırılmasına təssüflərini ifadə edən qətnaməsi iqtidar və müxalifət partiyalarını bir araya gətirdi. Azərbaycanın AP-na ünvanlanan etiraz bəyanatında "Azərbaycan Avropanın nüfuzlu qurumlarda layiqincə təmsil olunur" cümləsində "layiqincə" sözü mübahisəyə səbəb oldu. Bu sözün bəyanatdan çıxarılmasını  israr edən AXC ilə Müsavat müxalifət bəyanatlar verdilər. AXC,  “Əgər sonradan məlum olarsa ki, oradan “layiqincə” sözü çıxarılmayıb, bu şəkildə gedib, bununla da iqtidarla-müxalifət arasında hələ ki, rüşeym səviyyəsində olan danışıqlar və əməkdaşlıq yəqin ki, tarixin arxivinə gedəcək”, “bu məsələ elə bir məsələdir ki, bunun üzərindən sadəcə ötüb keçmək olmaz” kimi bəyanatlar səsləndi. AXC bəyan elədi ki, əgər bu söz bəyanatdan çıxarılmayıbsa, bu partiyalar arasında olan razılaşmanın pozulmasıdır və AXCP-nin də buna adekvat reaksiyası özünü çox gözlətməz”. Müsavat partiyasından da təxminən eyni notlu bəyanatlar mətbuatda yer aldı. Müsavat müsaj verdi ki, “əgər hakimiyyət verdiyi sözə əməl etməyib sənədə dəyişiklik edibsə, onda ona imza atan siyasi partiyalar, bu məsələyə necə lazımdırsa münasibət bildirəcəklər. Əgər bu fakt öz təsdiqini taparsa iqtidarla müxalifət arasında münasibətlər birmənalı olaraq korlanacaq”.

“Ləyaqətli” sözü müxalifətin hansı “üzüyünün qaşını” düşürəcək?

Avropa Parlamentinin Ramil Səfərovla bağlı qərarına etiraz olraq iqtidarla müxalifət partiyalarının birgə hazırladığı bəyanatın redaktə olunduğunu iddia edən AXC və Müsavatın öz müxalifətçiliyini “ləyaqətli” sözünün axtarışında qurması mənasız görünür. Müxalifətin yenə də “həmin dalğa, həmin kardinat”la hərəkət edərək, dvident götürmək istəkləri təəssüf doğurur. Bu müxalif partiyaların öz aralarında dəfələrlə birgə sənədlər imzalayaraq, sonradan buna əməl etmədiklərini və müxtəlif bəhanələrlə ictimai məsuliyyətdən yayındıqlarını  nəzərə alsaq, bu gün onların bu sözün üzərində belə bir səs-küy qaldırmaları təbii olaraq məntiqsiz, gücsüz görünür.
Ramil Səfərovla bağlı Avropa Parlamentinə göndərilən bəyanatda ölkənin imici yüksək təqdim edilirsə, onsuzda siyasətdə özlərini uduzduran, zəif hala gələn bu müxalifət hansı “üzüyünün qaşını” düşürməkdən ehtiyatlanır? Bu gün  beynəlxalq təşkilatların Ramil Səfərovun adını Dağlıq Qarabağ münaqişəsi ilə paralel çəkməyə cəhd etdiyi bir vaxtda, bəzi müxalifət partiyalarının bir sözdən ucuz formada yararlanmaq  istəyi nə dərəcədə doğrudur? Belə məqamların üzərində təhlillər aparılarsa, bəlkə də müxalifətdə olan bəzi qrupların “öz mətninə” “ləyaqətli” sözünün əlavə edilməsinə ehtiyacın olduğunu görmək olar. Məsələyə bir çox siyasilərin prizmasında aydınlıq gətirməyə çalışağcağıq.

“Bundan siyasi divident götürmək istəyən qüvvlər varsa, belələri siyasi vicdansızlıq edirlər”



Keçmiş müsavatçı, politoloq Qabil Hüseynli  hesab edir ki, müxalifət daxilində olan partiyalar arasında məsələni siyasiləşdirib ölkə Prezidentinin müsbət addımnı pis yerə yozmağa, bundan siyasi divident qazanmağa çalışan qüvvələr var. Son günlər müxalifətin iqtidarla dialoqa gələrək, R.Səfərovla bağllı qəbul etdikləri bəyanatı müsbət dəyərləndirən Q.Hüseynli, bunu Azərbayacan müxalifətinin indiyə qədər atdığı ən konstruktiv addımlardan biri saydı: “Bu iqdidar - müxalifət dialoqunn başlanğıcıdır. Ona görə də bundan siyasi divident götürmək istəyən qüvvlər varsa, belələri siyasi vicdansızlıq edirlər”. Digər tərəfdən Q.Hüseynli dedi ki, bu gün bir sözü ortaya atıb, səs-küy yatratmaqla yenicə kövrək addımlar atmış dialoq praktikasına zərər vurmaq məqsədəduyğun deyil.



Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Ramil Səfərovun ekstradisiyasından sonra əfv olunması ilə bağlı Avropa və digər xarici qurumlarda belə müzakirələrin aparılmasını təbii saydı. Digər tərəfdən Avropa Parlamentinin ikilistandartlı yanaşmasına qarşı çıxdı: “Beynəlxalq qurumlar bir çox hallarda riyakarlıq nümayiş etdirirlər. Dünyada baş verən çox faciələrə barmaqarası yanaşırlar. Hamının gözü qarşısında cinayət törətmiş ermənini Rusiya məhkəməsi zaldan azad edəndə isə buna bir söz deyən olmadı. Amma  Ramil Səfərovun əfv olunması ətrafında bu cür səs-küy yaradırlar”.  O ki qaldı iqtidar – müxalifət dialoquna, E.Quliyev bildirdi ki, dialoq məsələsi həmişə gündəmə atılıb və monoloqa çevrilib. Seçkilər gəlir Avropa, müxalifət, iqtidar hamı  bu seçkinin demokratik keçirilməsini istəyirlər.  E.Quliyev bəzi müxalifət partiyalarının bir sözün ardınsca düşmələrinə fikrini bildirərək, “obeyektivlik baxımından bəyanatda yer alan “layiqincə” sözünün böyük əhəmiyyəti yoxdur” deyərək müxalifəti qınadı. 



ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, o, Müsavatla AXC-nin nəyə etitraz elədiyini bilmir. Amma hesab edir ki, nəyəsə imza atırsansa,  o sənin ideoloji mövqeyini ifadə edir. İqtidarla müxalifət bir yerdə müəyyən sənədi hazırlayıbsa, o sənəddə tərəflərin mövqeyi nəzərə alınmalıdır, əks təqdirdə müxalifət düzgün anlaşılmaz: “Ramil Səfərovun azadlığa buraxılması Azərbayacana qarşı geniş bir hücumun  başlanması üçün bəhanə olub. Elə bil ki, bu, Azərbaycana qarşı hücuma keçmək üçün Qərbin əlinə göydəndüşmə fürsət oldu.  Eyni zamanda Azərbaycan olaraq Heydər Əliyev vaxtilə Salatın Əsgərovanı Ermənistana təhvil verdi və onu azadlığa buraxdılar. Nədənsə beynəlxalq ictimaiyyət Ermənistana qarşı belə hay-küy qaldırmadı. Ona görə də biz beynəlxalq təşkilatların Azərbaycana münasibətuində qərəzli olduğunu bəyan edirik”. 


 Vəhdət Partiyasının sədri Tahir Kərimli AXC-ilə Müsavatın iqtidarla birlikdə Avropa təşkilatına ünvanlanan bəyanatında yer alan bir sözün ardınca düşməsini mənqisiz saydı. Bildirdi ki, bu, həmişə iqtidardan dialoq uman müxalifətin çığallığıdır. T.Kərimli bu gün Ramil Səfərovla bağlı atılan dialoq addımının davamlı olmasını mümkün saydı: “Söhbət burda Ramil Səfərov, Dağlıq Qarabağ və milli mənafelərimizlə bağlı situasiyadan gedir. Bundan hansısa “söz oyunu” qurmağa ehtiyac yoxdur. Axı bu bəyanat Azərbaycanın Avropada necə təmsil olunması ilə bağlı olsaydı, onun üzərində dayanmağa dəyərdi. Bu ümumi kontekstin içində gedən bir cümlədir və Ramil Səfərovla bağlı bəyanatın mahiyyətinə təsir eləmir”. T.Kərimli belə olan halda “Ləyaqətli” sözünün ətrafında yaradılan ajiotajın müxalifət partiyaların növbəti bəhanəsi kimi ortaya atılıdğını dedi: “Müxalifət son illər hədsiz dərəcədə zəif vəziyyətə düşüb. İnsanlara verdiyi vədləri yerinə yetirməyib. İndi kimlərinsə müxalifət içində müxalifətçiliyi, buna etirazları bir qədər özlərini sığortalamaq xarakteri daşıya bilər. Guya bunlar əsl müxalifətdirlər və Azərbaycanın Avropada ləyaqətlə təmsilçiliyini qəbul eləmirlər. Məsələ təkcə təmsilçiliklə bağlı olsaydı, onun üzərinə düşünməyə, mübahisə açmağa dəyərdi. Müxalifət iqtidarın dialoq jestindən yararlanmalı idi. Siz hansı gücünüzə arxalanıb bəyanlar verib, müəyyən eqoist fikirlər səsləndirirsiniz. Axı sizin elə gücünüz yoxdur.  Ona görə də bəzi müxalifət partiyasının cığallıq xarakteri daşıyan hansısa frazadan, termindən yapışmaları özlərinin zəifliklərini, yaxud YAP-da forumda iştiraklarını sığortalamaq  kimi ortaya atılır. İndi hamı hamının işini görür. Bununla bəzi müxalifət dairələri özlərinə ziyan gətirir. Belə polemikalardan qaçmaq lazımdır”.



ACP sədrinin müavini Zəminə Dünyamalıyeva hesab edir ki, iqtidar belə bəyanatlar verib, belə bir ifadə işlədə bilər. Ancaq müxalifət Azərbaycanın hansısa qurumda yüksək səviyyəli təmsilçiliyindən danışırsa, onda “müxalifət” sözünün üstündən xətt çəkməlidirlər. Onun fikrincə, istər “iqtidar-müxalifətin birliyi” məsələsi, istərsə də dialoqda olan bir-neçə partiyanın ümummüxalifətin fəaliyyəti kimi təqdim edilməsinin təqdimatı düzgün verilməyib. Ramil Səfərovun Azərbaycana gəlişini çox sevindirici hal sayan Z.Dünyamalıyeva bildirdi ki, belə təzyiqlərlə üzləşməmək üçün onun müdafiəsinə ictimaiyyət, xalq öz qalxmalı və bu prosesdə beynəlxalq aləmin hansı reaksiya verə biləcəyinə yönəlik ehtiyyatlı addımlar atılmalı idi.  

Tahirə Qafarlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az