Nikol Paşinyan səfirləri tənqid edib: "Nəyə lazımsız?"

Nikol Paşinyan səfirləri tənqid edib:
"Ermənistan hökumətinin başlıca ağrılı yeri ölkə iqtisadiyyatına sərmayənin cəlb edilməməsidir".

"Report” "Past” qəzetinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici sərmayə cəlb edilmədiyi üçün səfirliklərini tənqid edib.
"Ölkə iqtisadiyyatına vəd edilən sərmayə bumun həcminin reallıqda azalması hakimiyyətin başlıca ağrılı yerlərindəndir. Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyində keçirdiyi qapalı toplantıda xarici ölkələrdəki səfirlərini, nazirliyin məsul şəxslərini tənqid edib”, - deyə qəzet vurğulayıb.
O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: "Bu nəhənglərin Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız”.
Nikol Paşinyan səfirlərə cari ilin sonunadək bu istiqamətdə konkret fəaliyyətlə bağlı tapşırıq verib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az