Oğlunun ölümünü görmək istəməyən ananın faciəvi sonu

Oğlunun ölümünü görmək istəməyən ananın faciəvi sonu
Ağsu rayonunda 3 övladı olan 51 yaşlı ananın intiharının bəzi təfərrüatları məlum olub.

Ərəb Sarvan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, ana özünü övladlarından birinə görə öldürüb:
"Səfurənin gözəl ailəsi, 3 övladı var. Özü evdar qadın, həyat yoldaşı isə fəhlə işləyir. Onun uşaqlarından biri xeyli vaxtdır ki, xəstədir, urəyində problemi vardı. 22 yaşlı oğlan səhər-səhər özünün pis hiss edib. Ana övladının halının dəyişdiyini görən kimi özünü asıb. Uşağının ölmünü görməsin deyə özünü asıb.”
Ağsuda intihar hadisəsi baş verib. Rayonun Ərəb Sarvan kənd sakini, 1966-cı il təvəllüdlü Eyyubova Səfurə Əlibala qızı yaşadığı ünvanda özünü kəndirlə asaraq intihar edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az