Planetin ən varlı adamlarından biri Bakıya gəlir
"Alibaba Group” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Ma bu il 5-8 dekabr tarixlərində keçiriləcək "BakuTel” beynəlxalq sərgisinə gələ bilər.
Trend-in məlumatına görə, bu barədə ilkin razılaşma bu ilin aprelində Cenevrədə keçirilmiş BMT ticarət və inkişaf konfransı zamanı əldə olunub.
"Biz çalışırıq ki, o, Bakutel-ə gəlsin", - deyə agentliyin mənbəyi vurğulayıb.
Cek Manın Azərbaycana gözlənilən səfəri tanışlıq xarakteri daşıyacaq.
Cek Ma planetin ən zəngin insanlarından biridir. Onun sərvəti təxminən 40 milyard dollar civarında qiymətləndirilir.
Miq.Az