Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd etdi

Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd etdi
İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib.

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerində saxlanılanlar – Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər. Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, onlar bunu zorlamada təqsirləndiklərinə etiraz olaraq ediblər.
İmişli rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az