Poroşenko Putinin Krım səfərinə sərt reaksiya verib

Poroşenko Putinin Krım səfərinə sərt reaksiya verib
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə sərt reaksiya verib.

Virtualaz.org bildirir ki, Poroşenko bu səfəri beynəlxalq hüququn kobud pozuntusu kimi dəyərləndirib.
"Biz Rusiya dövlət başçısının necə kobud şəkildə beynəlxalq hüququ pozduğunun şahidi oluruq. Mən xüsusən vurğulamaq istəyirəm ki, bu səfərlə Krım Rusiyanın olmayacaq. Qoy bizi Rusiyada eşitsinlər”, – deyə Poroşenko bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, o, səfərə müvafiq reaksiya bildirilməsi üçün Xarici İşlər Nazirliyinə lazımi tapşırıq verib.
Qeyd edək ki, cümə günü Putin Krıma səfər edib və orada Dövlət Şurasının iclasını keçirib.
Xatırladaq ki, 2014-cü il martın 16-da Krımda referendum keçirilib. Səsverməyə qatılanların 96%-i Krımın Rusiyaya birləşməsini dəstəkləyib.
Ukrayna hökuməti isə bu səsverməni qanunsuz hesab edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az