Ukraynanın sabiq prezidenti, hazırda isə yeni parlamentin üzvü olan Pyotr Poroşenko Ali Radanın iclasında xoşagəlməz halla qarşılaşıb.
"AzPolitika.info”Ukrayna mətbuatına istinadla xəbər verir ki, sabiq prezidentin parlament tribunasındakı çıxışı zaldakı deputatların əksəriyyəti tərəfindən ironiya ilə qarşılanıb.
Həmin iclasda deputat toxunulmazlığının aradan qaldırılması müzakirə olunub. Poroşenko öz çıxışında deputat toxunulmazlığının ləğvi məsələsinin məhz onun prezidentliyi dövründə qaldırıldlığını xüsusi qeyd edib və deyib ki, onun hazırda müxalifətdə olan partiyasının parlamentdəki təmsilçiləri yeni qanunun lehinə səs verəcəklər.
Bu zaman Vladimir Zelenskinin ən yaxın adamı hesab olunan Prezident Adminstrasiyasının rəhbəri Andrey Boqdan sabiq prezidenti yamsılamağa, ələ salmağa başlayıb. Əl-qol hərəkətləri edən Boqdan Poroşenkonun hərəkətlərini təkrarlamağa çalışıb.
İclasda iştirak edən V.Zelenskinin də reaksiyası Boqdandan çox fərqlənməyib. Prezident öz sələfi çıxışını başa vurduqdan sonra ironik şəkildə ayağa durub, qışqıraraq onu alqışlamağa başlayıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?