Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı – RƏSMİ

 Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı – RƏSMİ

Ötən il Azərbaycanda B və C hepatit xəstəliklərindən əziyyət çəkən 1766 xəstəyə dövlət tərəfindən pulsuz dərman preparatı verilib.

Trend-in məlumatına görə, bu, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat”ında qeyd edilib.

Hesabatda deyilir ki, B və C hepatit xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi, xəstələrin qeydiyyatının yaxşılaşdırılması, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.

B hepatit xəstəliyinə qarşı tətbiq edilmiş peyvənd nəticəsində xəstəlik halları 14 yaşına qədər uşaqlar arasında praktik olaraq, qeyd olunmur.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az