Rusiya prezidenti Vladimir Putin 3 il aradan sonra Ermənistana səfər edib...
"Haber Global”a xəbər verir ki, iki ölkə arasındakı problemlər həm kameralarda, həm də mətbuat konfransındakı suallarda özünü əks etdirib.
Putinin Ermənistana zirvə görüşündən bir neçə saat öncə gəlməsi və ziyarətini çox qısa zamanda bitirməsi diqqəti cəlb edib. Ziyarətdə Rusiya ilə Ermənistan arasındakı gərginlik aydın görünüb. Putinin məsafəli şəkildə Paşinyana yanaşdığı diqqətlərdən qaçmayıb.
Xəbərdə bildirilib ki, Paşinyanın Putini təyarəyə qədər yola salması və onunla səmimi görüşməsinə baxmayaraq Rusiya prezidentinin soyuq hərəkətləri kameralardan yayınmayıb.
Putin səfər öncəsi keçmiş prezident Robert Koçaryanın sərbəst buraxılmasını istəsə də, bu yerinə yetiriliməyib. Rusiya prezidenti isə Koçaryanın həyat yoldaşı ilə Rusiya səfirliyində görüşüb.
İki ölkə arasındakı digər bir problem isə, maye qazla bağlıdır. Belə ki, Rusiya ötən il Ermənistana satdığı qazın qiymətini qaldırıb. Erməni mətbuatı qazın qiymətinin 30% artırılacağını yazır.
Qeyd edək ki, Putin üçün bu ziyarətin gərgin keçməsinin digər bir səbəbi isə gürcü jurnalistin "Osetiya və Abxaziyadan nə vaxt çıxacaqsınız?" sualı olub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?