"Qarabağ"ın futbolçusu İrəvanda oynamayacaq

Albaniya millisinin futbolçusu Ansi Aqolli "Avro-2016"nın seçmə mərhələsində İrəvanda Ermənistana qarşı oynaya bilməyəcək.

Vətəninfo.az məlumat verir ki, Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb "Qarabağ"ın da müdafiəçisi olan Aqollinin dünən Serbiya ilə matçda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. 79-cü dəqiqədə cəzalanan A.Aqolli "Avro-2016”da 3-cü sarı vərəqəsini alıb.

Qeyd edək ki, Ermənistan - Albaniya qarşılaşması oktyabrın 11-i keçiriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az