Elza Seyidcahan:"Hamı elə bilir ki, dayı ancaq yaşlı adam ola bilər”
Əməkdar artist Elza Seyidcahan son vaxtlar dayısı ilə olan fotolara müxtəlif şərhlərin verilməsindən yorulub.
Axşam.az-ın məlumatına görə, müğənni “Atv maqazin” dərgisinə müsahibəsində insanların ona inanmamasından şikayət edib.
Elza Seyidcahan bu işdə bəzi sənətçiləri günahlandırıb:
“Bir ara mediada dayımla fotolarım söz-söhbət yaratdı. Hamı onu sevgilim kimi qələmə verdi. Bir çox müğənnilərimiz yanlarındakı kişini “dayıoğlu”, “bibioğlu” kimi təqdim edirlər deyə, mənə inanan olmadı. Hamıya bir-bir təqdim etdim, amma gördüm yenə şübhə ilə yanaşırlar. Tədbirlərin birində mikrafonu götürüb, onun haqqında danışmağa başladım. Çoxları onu tanıdı. Hətta Murad Dadaşovla yaxın dost olduqları üçün o da mənə dəstək oldu”.
Elza Seyidcahan sənətin incəliklərini ona dayısının öyrətdiyini deyib:
“Vahid dayım ilk qarmon müəllimim olub. Dayılarım hər zaman mənə dəstək olublar və sənətimi bəstəkar kimi davam etdirməyimi istəyiblər. Hətta böyük dayım məni ilk dəfə efirdə görəndə əsəbiləşmişdi ki, Qara Qarayev, Niyazi kimi dahilər efirə çıxmayıb, sən niyə çıxırsan? Zaman keçdikcə bununla barışdılar, indi mənimlə fəxr edirlər.
Hamı elə bilir ki, dayı ancaq yaşlı adam ola bilər. Amma xəbərləri yoxdur ki, dayılarımdan biri süd qardaşımdır”.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT