İsmayıl Safi: "Belə halların qarşısını almaq çətindir"
Türkiyə Böyük Millət Məclisinin üzvü, QDİƏT PA-da türk nümayəndə heyətinin sədri İsmayıl Safinin müsahibəsi
Son illərdə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr btün sahələrdə olduğu kimi iqtisadi çsahədə də sürətlə genişlənməkdədir. Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatına Türkiyə sərmayəsi yatırılırdısa, indii proses əksinə olaraq da müşahidə edilir. Belə ki, hazırda Azərbaycan Tyürkiyə iqtisadiyyatına ən böyük sərmayə yatıran dövlətlər sırasında yer almaqdadır. Bu və digər məsələlərlə bvağlı suallarımızı "Həftə içi"nə eksklüziv müsahibəsində Türkiyə Böyük Millət Məclisinin üzvü, QDİƏT PA-da türk nümayəndə heyətinin sədri İsmayıl Safi cavablandırır:
- Türkiyə ilə Azərbaycan arasında siyasi, mədəni, ictimai əlaqələrin nə qədər dərin, tarixi olduğunu hamımız yaxşı bilirik. Amma bu münasibətlərin iqtisadi əlaqələrlə vəhdəti lazımdır. Bu çox önəmlidir və bu istiqaətdə çox ciddi addımlar atılır.
Məsələn enerji sahəsində həyata keçirilən böyük layihələrimiz var ki, bu da əsrin layihələridir. 1994-cü ildə gerçəkləşən Bakı Tiflis Ceyhan layihəsi Azərbaycanı Türkiyə bağlayan çox önəmli layihədir. Bundan da daha önəmli və bizim gündəmimizdə olan TANAP-dır. TANAP da eyni şəkildə Bakını, Xəzəri Anadoluya daha sıx bağlayacaq. Bu layihə Anadoludan da Avropaya və dünyanın digər yerlərinə uzanacaq. Onun özəlliyi bundadır ki, qlobal xarakterli olsa da tamamilə Azərbaycan və Türkiyənin reallaşdırdığı layihədir. Enerji ilə bağlı daha bir addım isə "SOKAR"ın İzmir planlarıdır. Bu layihənin dəyəri də 10 milyard dollara yaxındır. Bu da Türkiyə tarixində həyata keçrilən ən böyük yatırımdır. Hətta gələcəkdə 20 milyard dollara qədər sərmayənin qoyulması gözlənilir. Təbii ki, Azərbaycanla Türkiyə arasında enerjidən başqa iqtisadiyyatın hər sahəsində çox ciddi işbirliyi mövcuddur. Bu ticari-iqtisadi əldaqlərin daha da genişlndirilməsi zəruridir. Bunun üçün də bizim Qara Dəniz İtisadi Əməkdaşlıq Təşkilatının üzərinə böyük yük düşür. Azərbaycana səfərimizin də məqsədi bu məsələlərlə bağlıdır. Burada keçirilən tədbirə də 12 ölkədən 70 millət vəkili gəlib. Mən də Türkiyədən federasiya başqanı olaraq buradayam. Azərbaycan və Türkiyə ilə yanaşı bölgə ilə bağlı da necə bir işbirliyi qurmağımız müzakirə olunur. Türkiyədən 100 iş adamı bizimlə bərabər Bakıya gəlib. Eyni zamanda keçirdiyimiz foruma Azərbaycandan da 200 iş adamı qatıldı. Türkiyə ilə Azərbaycan arasında olan tarixi bağlılıq böyük iqtisadi layihələrlə daha da zənginləşdirilir.
- TANAP layihəsinin önəmindən danışdınız. Təbii ki, bu layihənin həyata keçməsində maraqlı olmayan dövlətlər də yox deyil. Məsələyə bu baxımdan yanaşsaq layihənin perspektivini necə görürsünüz?
- TANAP-ı biz reallaşdranda Xəzər dənizindəki ehtiyatları bütün dünyaya satma imkanlarımız gerçəkləşir. Təbii ki, həm şimal, həm də cənubda bu layihənin çox ciddi rəqibləri və düşmənləri var. Bilirsiniz ki, TANAP-dan öncə NABUCCO var idi. Onu da bütün Avropa dəstəkləyirdi. TANAP isə Azərbaycan və Türukiyənin layihəsidir. O çox ciddi, hətta NABUCCO-nu da kənara atmaq, ona qaz verə biləcək əzmdədir. Bunun Azərbaycan və Türkiyəyə, həmçinin bölgəyə çox müsbət təsirləri olacaq. Bu baxımdan da layihəyə qısqanclıqla yanaşan qüvvələrin olması təbiidir. Amma Azərbaycan və Türkiyə tərəfi bu mövzuda çox qərarlıdır.
- Türkiyə iş adamlarının Azərbaycanda, Azərbaycan iş adamlarının isə Türkiyədə yatırımları var. Bu sahədə əsas çatışmazlıqlar nədən ibarətdir, sizi hansı problemlər daha çox narahat edir?
- Hər bir ölkədə kiçik də olsa problemlər ola bilər. Amma çox şükür, bu işlərin içərisində olan bir şəxs kimi deyirəm ki, bizi ciddi narhat edən hansısa problem yoxdur. Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əməkdaşlıqla bağlı heç bir problem, şikayət yoxdur. Amma istəyirik ki, daha böyük işlr görək və hazırda bu məsələləri müzakirə edirik. Çoxsaylı türkiyəli iş adamları Azərbaycanda, eyni sayda da azərbaycanlı iş adamları Türkiyədə fəaliyyət göstərirlər.
- Qarabağ problemi və onun həlli ilə bağlı düşüncələriniz necədir?
- Qarabağı ermənilər işğal ediblər və bütün dünya da bunu bilir. 1990-cı ildə Azərbaycanın çətin durumunda ermənilər rusların da köməyi ilə Azərbaycan torpqlarını işğal etdilər. O zaman Türkiyənin də durumu yaxşı deyildi. Beləliklə də emənilər Qarabağ və ətraf rayolnları- yəni Azərbaycan ərazisinin 20 faizini silah gücünə ələ keçirtdilər. Nə Azərbaycan, nə də Türkiyə uzun müddət bu işğalın davam edəcəyinə dözə bilməyəcək və buna göz yummayacaq. Biz-həm Azərbaycan, həm də Türkiyə olaraq istəyirik ki, bu problem sülh yolu ilə öz həllini tapsın və Azərbaycanın haqqı özünə qaytarılsın. Qarabağ tarixi Azərbaycan torpağıdır və Ermənistan müharibəsiz bunu sahibinə qaytarmalıdır. Biz, həqiqətən də müharibə isəmirik. Amma nəticə etibarilə ermənilər məsələyə konstruktiv yanaşmır. Amma mən inanıram ki, qısa bir zamanda Qarabağ Azərbaycana qaytarılacaq. Çünki ermənilərin Qarabağı işğal altında tutması çox uzun sürməyəcək. Yəni Ermənistan xalqı tolplum olaraq çox böyük bir səfalətin içindədir. Azərbaycan və Türkiyə ilə ticarət apara bilmirlər. Əhali sayı ildən ilə azalır. Mən ötən il orada idim və əhalinin nə qədər yoxsul şəraitdə yahadığının şahidi oldum. Orada bir tədbirə Türkiyə və Azərbaycandan olan millət vəkilləri qatılmışdılar. Amma onlar bütün sahələrdə geri gedərkən, Azərbaycan və Türkiyə ildən ilə inkişaf edən parlayan bir ulduza çevrilirlər. Onlar da bunun fərqindədirlər. Təbii ki, biz hərb yolu ilə deyil, sülh yolu ilə bu problemin həllinin tərfdarıyıq. Amma Türkiyə ilə Azərbaycanın Qarabağın işğalına göz yumacaqlarını heç kim gözləməsin.
- Türkiyə sərhədləri bağlasa da, qardaş ölkədən olan iş admları Ermənistanla ticarəq əlaqələri qururlar
- Həm Türkiyə, həm də Azərbaycan istehsalı olan məhsulların Gürcüstan vasitəsilə Ermənistana daşındığı barədə məlumatlar alırıq. Amma bu, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi siyasət deyil. Biz bunu istəməsək də, belə halların qarşısını almaq çətindir. Niyə görə? Çüki həm Azərbaycanın, həm də Türkiyənin Gürcüstanla münasibətləri çox yaxşıdır. Ona görə də hər iki dövlətin istehsalı ola mallar Gürcüstana rahatlıqla daxil olur. Gürcüstanın bizim kimi Ermənistala hər hansı bir prblemi yoxdur. Bu məsələdən də iqtsadi olaraq yarralanmaq istəyir və bizim ölkələrin istehsalı olan malların Ermənstana daxil olmasına şərait yaradır. Nə Azərbaycan, nə də Trkiyə tərəfi bu addımların qarşısını asanlıqla ala bilməz. Türkiyədən də qaçaq yollarla malar xaricə daşınır və bəzən bunun qarşısını almaq çox çətin olur. Önəmli olan Türkiyə və Azərbaycanın rəsmi olaraq Ermənistanla əlaqələrini kəsməsidir.