Ronaldo Messini qabaqladı, tarixin ən yaxşı futbolçusu seçildi

Ronaldo Messini qabaqladı, tarixin ən yaxşı futbolçusu seçildi
İspaniyanın "Marca" nəşri oxucuları arasında tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermə keçirib. 

Miq.Az-ın məlumatına görə, səsvermə pley-off formatında təşkil edilib. Burada oxucular əfsanəvi oyunçudan birini seçməli olub, qalib gələn isə növbəti mərhələyə keçib. 

Final duelində Lionel Messi ("Barselona", İspaniya) və Kriştianu Ronaldo ("Yuventus", İtaliya) üz-üzə gəliblər. Ronaldu səslərin 54 faizini toplayaraq ən yaxşı oyunçu adını qazanıb. 

Səsvermədə finala gedən yolda portuqaliyalı hücumçu Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı qabaqlayıb. Messi isə öz növbəsində Ferenç Puskas, Alfredo Di Stefano və braziliyalı Ronaldoya qalib gəlib. 

Ronaldo Maradonadan iki faiz çox səs toplayaraq üçüncü yeri tutub. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az