Ruhunu təmizləmək üçün qaynar qazana girdi və...
Bədənini pis ruhlardan təmizləmək istəyən şaman ölüb
Malayziyada qaynar suya girən şaman ölüb. İstiPress-in məlumatına görə, özünü şaman adlandıran 68 yaşlı kişi qaynar su ilə dolu metaal qaba girib. Yaşlı kişi ona heç nə olmayacağını, bəzi qüvvələrin şamanları qoruduğunu iddia etsə də, hər şey onun istədiyi kimi olmayıb.
"Qara köpək" ləqəbli Lim Ba bədənini və ruhunu təmizləmək üçün keçirdiyi ayin nəticəsində həyatını itirib.
Kişi infarkt və ikinci dərəcəli yanıqlardan ölüb. Məbədin quluqçuları onu dərhal qazandan çıxarsalar da, xilas edə bilməyiblər.
Maraqlıdır ki, Lim Ba bu ayini on illər ərzində problemsiz icra edib. O, qaynara su ilə dolu qabda 75 dəqiqəyə kimi dayana bilib. Lakin son zamanlar yaşla əlaqədar yüksək təzyiqdən əziyyət çəkirdi. Həkimlər də infaktın bununla bağlı ola biləcəyini ehtimal edirlər.
Miq.az