Rusiya 6 noyabrda Amerikaya hücuma hazırlaşır.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mike Pompeo Rusiyanın 6 noyabrda Konqresə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşdığını açıqlayıb.
"Rusiya seçkilərə müdaxilə etməyə cəhd edəcək, lakin Amerikanın seçkiləri azad və ədalətli şəkildə keçirə biləcəyinə inanıram. Onlara elə bir zərbə vuracağıq ki, seçkilərimizə müdaxilə edə bilməyəcəklər”, - deyə o bildirib.

Lakin CİA şefi Donald Trampın prezident seçilməsində Rusiyanın təsirinin olması haqda iddialara inanmadığını qeyd edib.
M.Pompeo amerikalı jurnalist Mixael Volffun Trampın Ağ Evdəki 1 illik fəaliyyətinə dair yazdığı "Atəş və Hirs: Trampın Ağ Evinin içindən” adlı kitabını oxumadığını, ümumiyyətlə oxumaq niyyətində olmadığını da əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL