Rusiya tankçıları Ermənistanda təlim keçəcəklər

Rusiya tankçıları Ermənistanda təlim keçəcəklər
Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçəcəklər.

Trend-in məlumatına görə, Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində "tank dueli” keçirəcəklər.
Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları "Alaqyaz” yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər.
Təlimlərə Rusiya tank bölmələrinin təqribən 100 hərbi qulluqçusu və 30-dan çox hərbi texnikası cəlb olunacaq.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az