Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq

Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq
 Rusiyanın Voloqodski vilayətində cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq.

"Report"un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, müvafiq qərar Rusiyanın Baş Prokurorluğu tərəfindən çıxarılıb.
Yerli vilayət prokurorluğunun məlumatına görə, 2005-ci ildə həmin şəxs tapança ilə hədələyərək 2 nəfərin həyatına sui-qəsd edib. O, silahı qanunsuz olaraq əldə edib. Bir il sonra barəsində beynəlxalq axtarış elan olunub.
Onu keçən il tapmaq mümkün olub. Tolyatti məhkəməsi adam oğurluğuna görə onu 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını Voloqodski vilayətində çəkməli idi.
Azərbaycanda başlanmış cinayət işinin müddəti bitmək üzrə olduğuna görə respublikanın Baş Prokurorluğu onun ekstradisiyasını istəyib. Həmin şəxs 3 ay müddətinə Vətənə gətiriləcək, bundan sonra məhkum Rusiya ərazisində törətdiyi cinayətə görə aldığı cəzanı çəkmək üçün həmin ölkəyə geri aparılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az