"Rusiyadan Azərbaycana qarşı ciddi basqılar"- Sarkisyan arxayınlaşıb?
Yerevan danışıqlara hazır deyil
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi artıq iki başlıdır. Rusiya rəsmi olaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə Ermənistanı silahlandırmaqda, hər cür siyasi dəstək göstərməkdə, status-kvonun qorunmasında maraqlıdır."
Miq.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"Artıq, Rusiya Dağlıq Qarabağı de-fakto Azərbaycanın tərkib hissəsi kimi qəbul etmir. Lavrovun son açıqlamasından sonra, Rusiyanın bundan sonra danışıqlar prosesində rolu əhəmiyyətli xarakter daşımayacaq. Bundan sonra, Rusiya tərəfindən irəli sürülən təklif və həll formuları, yalnız imitasiyaya xidmət edəcək. "
Politoloq Məhəmməd Əsədullazadə Lavrovun məlum açıqlamasına toxunaraq, Ermənistan prezidentinin son vaxtlar arxayınlaşmasına da münasibət bildirib:
"Lavrovun məlum açıqlamasından sonra, arxayınlaşan Ermənistan prezidenti Serj Sarkisyan "Qarabağın statusu" ilə bağlı verdiyi açıqlamada, ərazilərin boşaldılması ilə eyni vaxtda Qarabağa "müstəqilliyin" verilməsi barədə dedikləri, bir daha göstərir ki, rəsmi Yerevan danışıqlara hazır deyil. Qeyd edim ki, Rusiya tərəfindən Azərbaycana ciddi basqılar var. Bu təzyiqlər, artmaqdadır."
Miq.Az