Rusiyadan Suriya ilə bağlı bədbin proqnoz
Suriyada provokasiyalar, o cümlədən kimyəvi silahlardan istifadə siyasi dialoq perspektivlərinə təsir edir.
Miq.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Qorxulu haldır ki, potensialını qoruyan terrorçular Suriyanın müxtəlif ərazilərində yarıkustar, kustar, yaxud modern texnologiyalarla hələ kimyəvi silah hazırlamaq iqtidarındadırlar.
Belə olan təqdirdə onlar Dəməşqə təzyiq etmək üçün istənilən təxribata əl ata bilərlər”, – Rybakov bildirib.
Miq.Az