Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə ölüb
O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib
Həbsdə olan bələdiyyə sədri vəfat edib.
Miq.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.
Miq.az