“Sehirli pərdə” musiqi yarışmasının diplomantı, gənc və istedadlı müğənni Samira Bayramova yaxın günlərdə Tümen vilayətindən qayıdıb. Müğənni orada azərbaycanlıların qarşısında “Qarabağım – and yerim” konsert proqramı ilə çıxış edib. Konsertdə vətənpərvərlik mövzusunda mahnılar səslənib. Həmçının müğənni konsert proqramına rus və xarici mahnılar da daxil edib. Bəhram Nəsibovun yazdığı “Qarabağ” mahnısı ilə konserti açan müğənni sonda soydaşlarımızın istəyi ilə həmin mahnını təkrarən konsertdə olan tamaşaçılarla birgə oxuyub. Konsertin məqsədi qürbətdə yaşayan həmvətənlərimizi doğma Vətənə istiamətləndirmək, onlara Azərbaycan həqiqəntərini aşılamaq, Ali Baş Komandanın gördüyü işlər haqqında, cəbhədə olan vəziyyət haqda məlumat verməkdi. Tümendə yaşayan bütün azərbaycanlılar sonda Ali Baş Komandanımızla həmrəy olduqlarını söylədilər.
Onu da qeyd edək ki, müğənni gedəndə özü ilə bərabər Azərbaycanımızla bağlı kitablar, Qarabağ haqqında disklər, bir sözlə, vətənpərvərlik mövzusunda materialları soydaşlarımıza hədiyyə edib. Konsert proqramı çox uğurla keçib.
Müğənni səfər təəssüratlarını Vətəninfo.az-la bölüşüb: “Qarabağ hər birimizin qürur yeridir. Mən bir daha çalışdım ki, bunu qürbətdə yaşayan azərbaycanlılarımıza sübut edim. “Qarabağ” mahnısını ifa edərkən susmaq bilməyən alqışlar, tamaşaçıların ayağa qarxaraq məni alqışlamaları Qarabağın möhtəşəmliyini, əvəzolunmalığını bir daha təsdiq etdi. Yaşasın Qarabağımız! Gənc olmağıma baxmayaraq, bu gün mən də əlimə silah alaraq vuruşmağa hazıram və Ali Baş Komandanımızın əsgəri kimi onunla həmişə həmrəyəm”.
Araz Hacıyev
Vətəninfo.az