Hatəm Cabbarlı: “Seçkilərin saxtalaşdırılacağına dair əlamətlər indidən ortadadır”
Son vaxtlar Ermənistanda seçkiqabağı vəziyyət xeyli gərginləşib. Siyasi qüvvələr arasında qarşıdurma artıq siyasi müstəvidən çıxaraq, kriminal xarakter almağa başlayıb. Bu vəziyyətin nələrə səbəb ola biləcəyi xeyli suallar doğurur. "Vətəninfo.az" Mərkəz qəzetinə istinadən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Hatəm Cabbarlının müsahibəsini təqdim edir
- Ermənistan keçiriləcək parlament seçkilərinə nə dərəcədə hazırdır?
- Çarı ilin may ayının 6–da Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərin rəsmi təbliğat mərhələsi aprelin 8-də başlasa da, geriyə nəzər yetirsək, 2011-ci ilin sonlarından Ermənistanın ictimai həyatında parlament seçkilərinin təbliğatına qeyri-rəsmi start verildi. Müxalifət düşərgəsində 2011–ci ilin sonlarına doğru Ermənistanda koalisya hökümətinin dağılacağı haqqda ciddi rəylər mövcud idi. Ermənistan müxalifəti bu bölünmə haqqında bəyanatlar verirdi. Amma Ermənistan müxalifətinin gözlədikləri olmadı. Koalisya hökümətində heç bir parçalanma baş vermədi. Prezident Serj Sarkisyanın gözlədiyi kimi, koalisyon hökümət ortaqları da eyni siyahıda seçkilərdə iştirak etmədi. Koalisyon hökümət ortaqları olan Ermənistan Respublika partiyası, Çiçəklənən Ermənistan Partyası , Qanunlar Ölkəsi Partyası parlament seçkilərinə ayrı-ayrılıqda getdilər. Seçkilərə hələ bir il qalmış koalisiya hökümət ortaqları arasında yaranan gərginliklər var idi. Çiçəklənən Ermənistan Partyasının sədri Qaragen Azaryan iqtidara loyal münasibət göstərir, bəzən koalisiya hökumətinin təhlükəyə sala bilən bəyanatlar verirdi. Bu baxımdan, 2010–cu ilin sonlarında Serj Sarkisiyan Çiçəklənən Ermənistan Partyasından Ermənistanın siyasi həyatındakı rolunu müəyyənləşdirilməsini tələb etdi. Bu, Ermənistan mətbuatında xeyli müzakirə olundu. Bu müzakirələrin davam etməməsində maraqlı olan Serj Sarksiyan bəyanat verərək, heç kəsin ultimativ dildə danışmadığını, sadəcə, koalisiya höküməti arasında fikir mübadiləsinə acıqlıq gətirmək istədiyini bildirmişdir.
- Hazırkı parlament seçkiləri Ermənistan üçün niyə əhəmiyyətlidir?
- Gələn il Ermənistanda prezident seçkiləri keçriləcək. Əgər Ermənistan Respublika Partiyası seçkilərdən möhkəmlənmiş, güclənmiş şəkildə çıxarsa, önümüzdəki il keçriləcək prezident seçkilərində Serj Sarksiyanın prezident seçilməsi şansını həmiyyətli dərəcədə aratacaq.
-Ola bilərmi ki, Rusiya Kocariyanı yenidən hakimiyyətə gətirsin?
- Bu ehtimal hər zaman var. Amma mənə elə gəlir ki, bu, zəif ehtimaldır. Çünki Serj Sarksiyan hazırda Rusiyanın bütün tələblərinə cavab verir. Rusiya –Ermənistan münasibətləri iki müstəqil dövlət arasındakı münasibətlərdən daha çox, əyalət-mərkəz müstəvisində inkişaf edir. 2008–ci ildə yaşanan dünya iqtisadi böhranı Rusiyanın Gürcüstana hücümü etməsindən sonra ciddi siyasi-iqtisadi və təhlükəsizlik problemilə qarşı-qarşıya qalan Ermənistanın prezidenti Serj Sarkisyan bütün tələblərə müsbət cavab verir. Məsələn, Rusiya ilə Ermənistan arasında hərbi müqavilənin imzalanması və yenidən vaxtının artırılması, Rusiayanın 102-çi hərbi bazanın gücləndirilməsi kimi. Ermənistan hakimiyyəti Rusiyanın dediklərilə oturub-durur. Koçaryanın 2013-cü ildə prezident seçilməsi, Rusiyanın onu hakimiyyətə gətirməsi şübhəli məsələdir. Hər nə qədər Koçaryan Putinlə yaxın münasibətdə olasa da, indidən proqnoz vermək çətindir. Əgər parlament seçkilərindən sonra Ermənistanın ictimai-siyasi həyatına Serj Sarksiyanın imici zədələnərsə, leqitimliyi məsələsi müzakirə olunarsa, bu zaman Koçaryanın yenidən prezident seçilməsi ehtimalı güclənə bilər.
Hazirda müxalifət və iqtidar arasında gərginlik yaşanmaqdadır. Xüsusilə demokratiya, mintiqlərin keçirilməsinə qarşı əngəllərin törədilməsi, söz azadlığı, hökumətin təzyiqləri, seçicilərin sayının inanılmaz dərəcədə artırılması kimi məsələlər müxalifətlə iqtidar arasında mübarizəni əsas xəttini təşkil edir. Levon Ter-Petrosyan martın sonlarında keçirtdiyi mintiqdə Ermənistan hakimiyyətinin bu seçkilərdə seçicilərin sayının təxminən 700 min nəfər artırıldığını bildirmişdi. Bu rəqəm haradandır? Levon Ter-Petrosyan iddia edir ki, son prezident seçkillərindən bu günə qədər Ermənistanda seçicilərin sayı təxminən 170 mindən bir az çox artıb. Ölkəni 400 min nəfər tərk edib. Bu rəqəm Ermənistan hakimiyyəti tərəfindən ciddi qəbul edilmir. Ermənistanında parlament seçkilərində saxtakarlığın ediləcəyinə dair ən ciddi arqument seçicilərin sayı ilə oynamaqdır. Bu seçkilərə koalisya hökümət üzvlərinin tək siyahı ilə getməməsi Serj Sarkiyanı pis vəziyyətdə qoydu. Bu baxımdan Sarkisyan necə olursa-olsun, partiyasını qalib çıxarıb, höküməti idarə etmək üçün əlindən gələni edəcək.
- Seçkilərdən sonra hökümət neçə qurulacaq? Hansıdəyişiklər baş verə bilər?
- Mənə elə gəlir ki, yeni hökumətdə indi koalisya hökümətinin əsasını təşkil edən Ermənistan Respublika Partyası, Çiçəklənən Ermənistan Partyası, Qanunlar Ölkəsi partyası, Daşnak və Miras partyaları nümayədələri təmsil oluna bilərlər. Daşnaklar Respubika partiyası ilə bazarlıq ediləcəklər. Bu bazarlıqda daşnakların koalisiya hökumətində yer almaq şansı var. Əslində koalisiya hökümətinin əsasını təşkil edəcək Ermənistan Respublika partyası, Çiçəklənən Ermənistan Partyası, Qanunlar Ölkəsi partyası, Daşnak və Miras partiyası hökumətdə əsas rol oynayacaqlar. Ümmiyyətlə, Daşnakların koalsiyadan ayrılıb müxalifətə keçməsinə nəzər salsaq, hökümətin daşnaklara münasibətdə etiyatlı davranacağını təxmin edirəm.
- Nazir portfelləri neçə bölüşdürüləcək?
- Sözsüz ki, Respublika Partiyası kresloların bölüşdürülməsində əsas rol oynayacaq. İkinci bölüşdürülmədə Çiçəklənən Ermənistan Partiyası ilə problemlər yaşana bilər. Ən azından Respublika Partyası 3 güc nazirini öz əlində saxlamağa salacaq. Dgər nazirliklər koalisiya höküməti arasında paylaşıla bilər.
- Müxalifət seçkilərin nəticələrilə razılaşacaqmı?
- Müxalifət, sözsüz ki, bununla razılaşmayacaq. Ermənistanda parlament seçkilərində 8 siyasi partiya, 1 müxalifət bloku iştirak edir. Müxalifət bloku hakimiyyətə qarşı təzyiqlər göstərəcək, mintiqlər keçriləcək, Avropa Birliyi, Avropa Şurası, beynəlxalq təşkilatların dəstəyilə ölkəyə təzyiqlər göstərəcəklər. Amma təzyiqlər, mənə elə gəlir ki, Sarkisyan hökümətinə təsir etməyəcək. Yadınızdadırsa, 2008-ci ildə Serj Sarksiyan prezident seçkilərindən sonra 1 mart qanlı hadisələrini törətdi. Rəsmi məlumatlar görə 10, qeyri-rəsmi məlumatlar görə 27 nəfər öldürüldü. Bu hadisədən sonra Serj Sarkisyan nə Avropa Şurası, nə də digər beynəlxalq təşkilatların çox ciddi təzyiqlərinə məruz qalmadı. Bu hadisələrin may ayında da təkrarlanması imkanları çoxdur. Sarksiyan təhlükə ilə rastlaşsa, millətinə qarşı yenidən qırğın törədəcək.
-Bu seçkillərdə Rusiyanın və ABŞ-ın hansı maraqları var?
- Rusiya keçmis sovet ölkələrinin heç birində Ermənistandakı qədər güclü mövqeyə sahib deyil. Ermənistanda starteji sənaye müəssələrinin əsas nəzarət paketi Rusiyanın əlindədir. Ermənistanda Rusiyanın hərbi gücü var. Rusiya Ermənistanda hər zaman onun sözünə baxacaq insanın seçilməsinin istəyir. Bu parlamentin formalaşmasına da Rusiya çox diqqət yetirir. Amerikanın Ermənistandakı mənafeyinə gəlincə, təsir imkanları Rusiya qədər deyil. Amerika istəyir ki, parlament seçkilərində onların maraqlarına xidmət edən insanlar da iştirak etsin.