Vətəninfo.az xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Seda Sayan müxalifətçi Cümhuriyyət xalq Partiyasından (CHP) olan millət vəkili Aylin Nazlıakanı canlı efirdən hədələyib. ANS PRESS-in məlumatına görə, hadisəyə, Seda Sayanın proqramına dəvət etdiyi qonağa görə başlamış qalmaqal səbəb olub. Məlumata görə, ötən gün Seda Sayan aparıcılıq etdiyi izdivac proqramına 5 dəfə evli olan, 2 arvadını isə öldürən Səfər Çalınakı qonaq çağırıb. Sayanın bu addımı başda qadın dərnəkləri olmaqla bir çox qurum və tamaşaçılar tərəfindən kəskin etirazlarla qarşılanıb. Seda Sayana etiraz edənlərdən biri də CHP millət vəkili Aylin Nazlıaka olub. Millət vəkili etirazını sosial şəbəkədən bildirib və nəticə əldə etdiklərini qeyd edib.
“2 həyat yoldaşını öldürən adamı proqramına dəvət edərək cinayətlərini normallaşdıran Seda Sayana istiqamətlənmiş etirazımız işə yaradı. Firma sponsorluqdan əl çəkib”. Daha sonra tvitterdə, müğənni ilə aralarında telefon danışığı olduğunu yazan millət vəkili Seda Sayan tərəfindən hədələndiyini açıqlayıb.
“Sözümüz Seda çox təsir edib ki, bu gün (dünən) 5 dəfə mənə zəng vurub. Vaxtım olanda, “Hər halda proqrama görə üzr istyəcək” – düşüncəsi ilə zəng vurdum. Bu nədir!? “Hörmətli vəkil, düşüncə olaraq sizə uzaq deyiləm” – deyə başlayan danışıq, S. Sayanın qışqıraraq məni məhkəmə ilə hədələməsiylə başa çatdı. Birazdan başlayacaq proqramda da məndən bəhs edəcəyini dedi. Məcburən baxdım. Ana! Məni hədələdi. Çox qorxdum!” – deyə Nazlıaka tvitterdə yazıb. Qeyd edək ki, Seda Sayan proqramında ona toxunanları pərişan edəcəyi ilə hədələyib.
Vətəninfo.az