Şəhriyar Məmmədyarov 1/4 final mərhələsinin bir addımlığında

Şəhriyar Məmmədyarov 1/4 final mərhələsinin bir addımlığında

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin cavab oyunları təşkil ediləcək.

Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, yarışda yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci görüşündə qara fiqurlarla mübarizə aparacaq.

 İlk matçda ABŞ şahmatçısı Fabiano Karuananı məğlub edən həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək.

 

Dünya Kuboku

1/8 final mərhələsi, ikinci oyun

 

Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmədyarov (Azərbaycan)

İlk oyun: 0:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az