İlkin Həsəni prodüseri olduğu "Axırıncı yol” filmi haqqında açıqlama verib.
Vətəninfo.az-ın SİA-ya istinadən xəbərinə görə, İlkin Həsəni bildirib ki, filmin adının "Axırıncı yol”
olmasının səbəbini açıqlayıb: "Hadisələrin əksəriyyəti yolda cərəyan
etdiyindən, bu adı seçdik. Şəmi, Şöşü, və dostları, qohumları bir sözlə
Şəminin komandası bu dəfə çıxılmaz bir vəziyyətə düşürlər, və
vəziyyətdən çıxış yolunu "axrıncı yolda” görürlər. Bizdə həmişə filmin
adları iki mənalı olur, necə deyərlər biz bu yola özümüzü yox, gücümüzü
qoymuşuq”.
İ.Həsəni onu da bildirib ki, bu filmdə "Bozbaş Pictures” komandasının
altı aktyoru olacaq. Qılman obrazını canlandıran İlkin Misgərli ötən
filmimizdə aramızda yox idi. Amma budəfəki, filimdə bizim qızıl
altılığımız öz məharətini göstərəcək. Tamaşaçı Şəmi, Şöşü, Ağsaqqal,
Şirin, Fəlakət, və Qılmanı bir arada görəcək. Kim kimə qarşı olacaq, kim
hansı komandada olacaq, bunu ancaq gələn ilin əvvəlləri böyük ekrandan
görmək mümkün olacaq”.
40 nəfərlik heyətlə çalışdıqlarını deyən İlkin Həsəni hazırda çəkilişin
İsmayıllıda aparıldığını diqqətə çatdırıb: "Bir neçə gün aramsız yağış
yağdı. Bu gün hava yaxşıdı. Belə davam etsə bölgədəki çəkilişi tez başa
vuracağıq. Ssenari baxımından çox böyük çətinliklərlə qarşılaşırıq, amma
hamı bilir ki, çətin işin arxasında yaxşı nəticə durur. Ona görə də biz
həmişə hər şeyin ən çətinini istəmişik və bu dəfə də ssenaristlərimiz
bizi sözün yaxşı mənasında çətinə salıblar. Rejissor Emil Abdullayevdir.
O, ötən il "My name is İntiqam” filmini çəkmişdi. Filmin ssenaristləri
Ənvər Abbasov, Sammit Ağayev və Elnur Həsəndir. Qərara gəldim ki, bu
film başqalarından seçilsin.. Əsas obrazlar Şəmi və Şöşü bank
soyğunçuluğu edəcəklər. Çətin vəziyyətdə olan Şəmiyə bu dəfə Şöşü
köməklik edir və hiylə ilə bank yarmaq qərarına gəlirlər. Tamaşaçı
"Axırıncı yolu” Amerika filimlərinə bənzədəcək. Film ölkənin bütün
kinoteatrlarında nümayiş etdiriləcək. "AY Brillantdan” fərqli olaraq bu
səfər daha çox seans olacaq. Belə ki, xaricdə yaşayan tamaşaçılarımız da
vaxt ayırıb bu filmə baxa biləcəklər”.
Aktyor son olaraq bildirdi ki, filimdə ixtisasca peşəkar aktyor olan mügənni Cavidan Novruz da rol alacaq.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ