Sərxan Kərəmoğlu : “Rəhbərliyin hər bir sözü mənim üçün qanundur”

Sərxan Kərəmoğlu : “Rəhbərliyin hər bir sözü mənim üçün qanundur”

Lider telekanalının aparıcısı Sərxan Kərəmoğlu Vətəninfo.az-a maraqlı açıqlama veib. “Lider TV rəhbərliyinin bir göstərişi var, kanalımızda yayımlanan hər bir proqram məhz mənəviyyata qulluq etməlidir. Mən də bunu əsas tutaraq bu göstəriş və əmrləri şərəflə yerinə yetirmişəm”, - deyən aparıcı onu da qeyd edib ki, istər “Evimin qonaqları”, istərsə də “Nə olsun?” proqramı zamanı qarşısında tək bir məqsəd olub: insanları bir-birinə qarşı qoymadan, aranı vurmadan, sosial problemlərinə toxunmadan, onların sənətlərini və iç dünyalarını tamaşaçılara təqdim etmək. ““Nə olsun” proqramında çalişan heyət ilk gündən obyektivliyi qoruyub. İstəmişik ki, verilişimizin qonaqları - sənət adamları və yazarlar - heç bir təsir altına düşmədən düzgün və birtərəfli mövqe tutsunlar. Lider televiziyasının baş prodüseri tək bizim proqrama deyil, eyni zamanda kanalımızda yayımlanan bütün proqramlara diqqət və qayğısını əsirgəmir. Bu da bizlərə stimul verir. 30 illik səhnə və televiziya fəaliyyətimə baxmayaraq, hər həftə televiziyamızın baş prodüseri ilə məsləhətləşməyi özümə borc bilirəm. Onun dünyagörüşündən yararlanmaq və onun fikirlərini dinləyib, yerinə yetirmək mənim üçün böyük şərəfdir”. S.Kərimoğlu onu da bildirib ki, son aylarda onun əleyhinə yazan “jurnalist” kimi özlərini qələmə verən bir neçə ünsürlərə də sözü var: “Hələ 1983-cü ildə ilk dəfə Orxan Kamalın “Bir parça Vətən” əsərində baş rolu oynamışam.Və o gündən bu günə şükürlər olsun ki, hələ də səhnədəyəm. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmədiyimə görə heç də heyflsənmirəm. Televiziya sahəsində Moskvada Svetlana Sarokinanın məktəbini və eyni zamanda Ostankinoda rejissorluq kurslarını bitirib, Türkiyədə tanınmış yapım şirkətlərində təcrübə keçmişəm. Daha da ətraflı yazmağa heç də gərək bilmirəm. Bir tək onu deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının beşinci ildönümündə ulu öndərimiz Heydər Əliyevin təsis etdiyi partiya məktəbinin məzunu olmuşam. 23 fəal gəncdən tək mən siyasətin deyil, sənətin arxasınca getdim. Siyasətdə özümü görə bilmədiyim üçün o yeri məşğul etmədim. Mənə dərs deyən bütün müəllimlərimlə Hidayət Orucov, Fatma Abdulzadə, Əbülfəz Qarayev, Polad Bülbüloğlu və digərləri ilə fəxr edirəm. Azərbaycan Mədəniyyətində olan 2 nəfərin üzündən halal zəhmətim ilə qurduğum evimi atıb, özəl həyatımı və yaradıcı fəaliyyətimi dondurub, Bakıdan getmək məcburiyyətində qaldım. Və Türkiyədə hər şeyi sıfırdan başladım. Ancaq orda da məni rahat buraxmadılar. İşimə əngəl olmağa çalışdılar. Lakin bütün bu maneələrə baxmayaraq, Türkiyədə “Türk Dövlətləri Kültur Birliyinin” komissiya rəhbəri vəzifəsində fəaliyyətimi uğurla davam etdirdim. Hər gün müxtəlif görüşlər, əyləncəli tədbirlər, toplantılar olsa da, vətən həsrəti çəkirdim. Qardaş dövlətdə çalışdığıma baxmayaraq, çox darıxırdım, sıxılırdım. Həyatımın 4 ili mənə 40 il qədər uzun gəldi. Elə bildim 40 ildir qürbətdə yaşayıram. Məhz həmin dönəmdə mənim səsimə səs verən, qürbətçiliyimə son qoyan Lider televiziyası oldu. 1 ilə yaxın iki ölkə arasında qaldım. Bu ilin may ayında isə Lider TV rəhbərinin və baş prodüserinin etimadı sayəsində ölkənin ən bahalı realiti şousu “Lift” mənə həvalə olundu. Etimadı doğruldandan sonra Lider televiziyasının rəhbərinə və baş prodüssrinə güvənərək birdəfəlik vətənə qayıtdım. Buna görə də həm rəhbərliyə, həm baş podüserə təşəkkürümü bildirirəm. Mənim haqqımda neqativ fikir yazanlara isə çox təşəkkür edirəm .Çünkü sizin hər bir yazınız mənə stimul verir. Və mənim var olduğumu sübuta yetirir. Bu neqativ fikirlərin, xoşagəlməz söhbətlərin arxasında kimin olduğunu bilirəm. O adma bir kəlmə demək istəyirəm: Haqqımı sənə halal etmirəm”.

Ceyran

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az