Azərbaycanlı model Günay Musayeva və aktyor Tolqa Karelin boşanması haqda xəbər vermişdik.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
Türkiyə mediasına istinadən məlumatına görə, 8 dəqiqəlik məhkəmədən
sonra tərəflər razılıqlı şəkildə boşanıblar. Məhkəmə binasından ilk
ayrılan Günay olub. O, boşanma barədə sualları "artıq onunla bağlı heç
bir şey danışmağımıza ehtiyac yoxdur" deyərək cavabsız buraxıb.
T.Karel isə Günaya qarşı fiziki təzyiqdən istifadə etməsinə belə reaksiya verib:
"Belə
bir şey olmayıb. Övladımıza görə çox danışmağın mənası yoxdur. Bir ata
olaraq vəzifəmi yerinə yetirdim, yetirəcəyəm. Bundan sonra uşağımız üçün
dost qala bilsək, nə xoşbəxtik".
Aktyor nə üçün boşandıqları haqda da danışıb:
"Sevmədiyim, artıq sevə bilmədiyim bir qadınla evli qalmağın bir mənası olduğunu düşünmürəm".
Ataşehir və Beylerbeyində yerləşən mənzillərini satan Karel ABŞ-a köçəcəyini deyib.
Qeyd
edək ki, Günay Musayeva sosial şəbəkədə özünün və vəkilinin adından
media nümayəndələri və ictimaiyyət üçün açıqlama yaymışdı:
"...Uzun müddətdir qarşı tərəfin lazımsız iddiaları səbəbindən uzanan
hüquqi müddət içərisində uşağımın xətri üçün, xarakterimdən irəli gələn
güclə, səbrlə gözlədim. Mənim üçün bundan sonra vacib olan, hər zamankı
kimi oğlum Cihangir Candır. Bu tarixədək bioloji atasının uşaqla
maraqlandığı istiqamətində yayılan əsassız xəbərlərə görə, təəssüf ki,
bu açıqlamanı vermək məcburiyyətində qaldım. Bundan sonra uşağı ilə
maraqlanacağına ümid edirəm. Bundan sonra adımın heç bir şəkildə Tolqa
Karellə hallandırılmasını istəmirəm. Bu qərarıma sayğı göstərilməsinə
ümid edirəm".


