Şeyxin hüquqşünas oğlu - FOTO

Şeyxin hüquqşünas oğlu - FOTO

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

VİZUAL.az-ın məlumatına görə, modern.az saytı "Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə haqqındadır.

Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə 5 bacının yeganə qardaşıdır. Məhəmməd Paşazadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Və bir müddət sonra "Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlı elmi işini müdafiə edib.

Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Paşazadənin dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilib.

Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir. Onun babasının adını daşıyan Allahşükür adlı azyaşlı oğlu var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az