Sinoptik: “Bölgələrimizdə temperatur aşağı düşəcək”

Sinoptik: “Bölgələrimizdə temperatur aşağı düşəcək”

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək

"Oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir”. Miq.Az xəbər verir ki, bunu açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 
"Oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Bölgələrimizdə də oktyabrın 5-i gün ərzində, 6-sı isə səhər saatlarınadək qeyri-sabit hava şəraiti hökm sürəcək. Bölgələrdə də tempraturun aşağı düşməsi gözlənilir. Oktyabrın 7-sindən hava şəraitinin sabitləşəcəyi və gün ərzində yağmursuz keçəcəyi gözlənilir” — deyə  Gülşad Məmmədova bildirib.

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az