Davud TURAN Amerika
Günümüzdə bölgəsəl dəyişimlər baş verərkən Güney Azərbaycan məsələsinin önəmi öz varlığını daha çox hiss etdirməyə başlamaqdadır. Güney Azərbaycanın coğrafı olaraq bölgənin ən ağrılı yerində alması bu önəmi daha da artırmaqdadır. İran, coğrafı və siyasi yapı baxımından bölgə dəyişiminin son nöqtəsi olaraq düşünüldüyündə, Güney Azərbaycan faktoruun bizim üçün nələr ifadə etdiyini açıq şəkildə görmək mümkündür. Gələcək bölgəsəl və bəynəlxalq mudaxilələrin yer dəyişməsində və güclərin çəkişmə mərkəzi olaran İran ərazisində, Güney Azərbaycan məsələsinin bu gün etibarı ilə siyasi və strateji önəmi müzakirəyə açılmalıdır.
Güney Azərbaycanın Siyasi Durumu
Güney Azərbaycan Türkləri siyasi olaraq parlaq keçmişə sahib olsalar da, bu parlaqlıq prosesində bütünlük təşkil etmirlər. 19-cu yüzilin əvvəllərindən günümüzə qədər davam edən bu prosesin sonu olaraq Güney Azərbaycan milli hərəkatı ortaya çıxıb. Bu hərəkatın təməllərini əsas olaraq mədəni, iqtisadi, sosial və siyasi olaraq düşünə bilərik. Mədəni və siyasi sahələrdə müəyyən uğurlar əldə etsə də, ictimai və iqtisadi anlamda hələ də öz varlığını ortaya qoya bilməyib...
Siyasi olaraq Güney Azərbaycanın moqeyini düşündüyümüzdə qarşımıza qarışıq bir tablo çıxır. Bu qarışıqlığı anlaya bilmək üçün ictimai və siyasi təşkilatlanma çərçivəsində məsələyə baxa bilərik. İctimai olaraq Güney Azərbaycan siyasi durumu, İranın toplumsal yapısına və təsirli prosesi ilə bağlıdır. Azərbaycan türkləri içərisində ciddi bir siyasi rahatsılıq olsa da (Bu rahatsızlıq, iqtisadi sıxıntılardan təsir alıb siyasi hakimiyətə etiraz olaraq özünü görsətməsi və insanların azad bir şəkildə siyasi fəaliyətinin qarşısının alaınması şəklində də düşünülə bilər), hələ də bir bütün olaraq özünü görsədə bilmir. Ona görə Güney Azərbaycanın siyasi durumu hələ özünü tərif etmiş deyil. Güney Azərbaycan siyasi düşüncənin toplum içərisində hansi əhəmiyyətdə olduğu hələ də statistik olaraq təsdiqlənməyib. Amma İran mərkəzli hərəkatlara baxdığımızda və Güney Azərbaycan türklərinin bu hərəkatlardan uzaq durduğunu düşündüyümüzdə, ayrıca “Traktor” futbal takımının oyunlarınındaki siyasi fəzanı göz önünə aldığımızda və seyrək də olsa Güney Azərbaycan mərkəzli eyləmləri də işin içinə qatarsaq, Güney Azərbaycan milli hərəkfəti Güney Azərbaycan da bir siyasi güc olduğu qənaətinə vara bilərik. Amma yuxarıda da qeyd etdiyimiz kimi bu məsələ zünü siyasi bilim dəyərləri çərçəvəsində görsətməyib. Bu da İran rejiminin basqılarından qaynaqlanmaqdadır.
Siyasi təşkilatlar baxımından məsələyə baxarsaq, Güney Azərbaycanda siyasi təşkilatlar təmsil problemləri ilə qarşı qarşıyadırlar. Demokratik bir fəzanın olmaması və təşkilatların toplum ilə irtibat qopuqluğu bu təmsil sorununu ortaya qoymaqdadır.
Ona görə də təşkilatlar arasında anlamsız bir güc göstərisi vardır. Hər təşkilat özünü Güneydə daha çox gücə sahib olduğunu iddia edir. Amma bunu əmələərələ dyil, sözlə sübut etməyə çalışırlar. Hələ də Güney Azərbaycan siyasi təşkilatlarının qurumsal olaraq bir çox ciddi problemləri var. Bütün bunlarda təşkilarların güclənməsinin qarşısını alır. Azərbaycan milli hərəkatı çərçivəsində fəaliyət göstərən siyasi təşkilatlar öz aralarında təmsil problemini ortadan qaldırmaları gərəkir. Çünkü bu problemin ortadan qalxmadığı sürəcə dünya güclərini də öz tərəflərinə çəkməkdə çətinlik yaşayacaqlar.
Güney Azərbaycanın Strateji Durumu
Hər şeydən əvvəl onu deməliyik ki Güney Azərbaycan bugün etibarı ilə İran daxilində bir məsələni təşkil etməkdədir. Yəni Güney Azərbaycan məsələsi İranın siyasi və ictimai gündəmlərindən biridir. Bölgəsəl dəyişiklikləri düşündüyümüzdə bu məsələ gələcəkdə öz varlığını daha da artıracaq.
Güney Azərbaycanın strateji durmunu incələdiyimiz zaman öncə qarşımıza çıxan qomşu və qardaş ölkələr olaraq Türkiyə və Azərbaycan var. Türküyə faktoru Güney Azərbaycan üçün hər zaman önəmli olub. 1990-cı illərdən öncə tək Türk cumhuriyəti olması və bölgədəki ağırlığı bu önəmi ortaya qoyur. Güney Azərbaycanın durumu Türkiyə açısından fərqlı yorumlarla qarşı qarşıyadır. İran parçalanarsa “Türkiyə də parçalanar” yalanını bir tərəfə buraxarsaq, Güney Azərbaycan və Türkiyə əlaqələri nəticə etibari analitik şəkildə anlaşılmır. “Güney Azərbaycan’ın müstəqilliyi Türkiyəyə nə qazandıracaq?” sualını cəvablandırmağımız lazımdır. Birincisi, Güney Azərbaycan mustəqil olduğu zaman Türkiyə, 30 milyondan çox cəmiyətə malik olan bir Türk cumhuriyəti ilə qonşu olacaq. Bu faktor Türkiyəyə siyasi və iqtisadi baxımdan dividentlər qazandırar. Siyasi baxımdan Türkiyəyə qardaş və dəstəkçi bir ölkə olaraq Güney Azərbaycan , Türkiyənin bölgədə və dünyada təsirini və gücünü artıracaq.
Türkiyə toplumu bugün Güney Azərbaycan məsələsindən xəbərsızdır. Türk insanının Güney Azərbaycan mozusunda ciddi xəbəri və duyarlılığı yoxdur. Sabah bölgədəki proseslərin dəyişiminə türk xalqı hazır olmalıdır. Güney Azərbaycan Milli Harəkatınin Türkiyədən bunu gözləyr ki, onu dəstəkləməsə də, olaya gerçək baxış açısıyla baxsın. Əlbəttə Suriya olayından sonra Türkiyənin yeni xarici siyasətində Güney Azərbaycanın rolu dəyişə bilər. Türkiyə əgər istzyirsə gələcəkdə bu bölgədə söz sahibi olsun, gərək bu gündən başlayaraq Güney Azərbaycan həqiqətinə biganə qalmasın.
Azərbaycan Cumhuriyəti 1990-cı illərdən sonra milliyətçi bir siyasi duruş ilə müstəqilliyini əldə edib. 1945-ci ildə Milli Hökümət dönəmindən sonra rəhmətli Əbufəz Elçibəy ilk rəsmi siyasətçi olaraq Güney Azərbaycan məsələsini siyasi arenada ortaya qoyub. 1990-cı iııərdən sonra Güney Azərbaycan Milli Hərəkatı yeni bir əhəmiyyət qazanıb. Azərbaycan Cumhuriyyətinin müstəqilliyi və özəlliklə Qarabağ olayları Güney üçün dönüş nöqtəsi olub.
Güney Azərbaycan öz haqlarını əldə etmə prosesində bir hədəfi, bir də idealını gerçəkləşdirmək istəyir. Hədəfi: Güney Azərbaycanın qurtuluşu; ideali isə Bütöv Azərbaycan Türk Cumhuriyəti qurmaqdır. Bu Güney Azərbaycanın məsələyə baxış açısıdır. Azərbaycan Cumhuriyəti də dəqiq bilir ki, İran İslam Respublikası onun güclü olmasını istəmir. Artıq Azərbaycan Cumhuriyəti də 13 il bundan qabaqkı – müstəqilliyini yeni qazanmış bir ölkə deyil. Əgər Azərbaycan Cumhuriyəti də güclü olmaq və işğal olunmuş topraqlarını yenidən əldə etmək istəyirsə, bu dönəmdən sonra Güney məsələsinə baxış açısını dəyişdirməlidir.
Güney Azərbaycan geo-coğrafi olaraq Yaxın Şərq və Qafqaz arasında yer alması əlbəttə ki, dünya güclərinin diqqətini də özünə çəkə bilər. Bu önəmə Güney Azərbaycan Türklərinin bölgədə ağırlıqlarını da artırarsaq o zaman yaxın gələcəkdə Güney Azərbaycan, bölgəsəl və beynalxalq güclərin diqqət mərkəzi olacaq. Buna görə də indidən Güney Azərbaycan siyasi fəalları və təşkilatları, bu strateji önəmi diqqətə alaraq, Güney Azərbaycanın siyasi və strateji maraqlarını üzərində birləşmələri gərəkir.