Soğanı doğrayandan sonra 30 dəqiqə ərzində yeməsəniz...

Soğanı doğrayandan sonra 30 dəqiqə ərzində yeməsəniz...

Soğan hər kəsin mətbəxində olan, yeməklərdə ən çox istifadə edilən tərəvəzlərdən biridir. Hər gün istifadə etməyimizə baxmayaraq, çoxumuzun onun faydalı xüsusiyyətlərindən xəbəri belə yoxdur. Hətta qoxusundan narahat olub ondan tamamilə imtina edənlər də var. Halbuki soğan orqanizm üçün ən faydalı tərəvəzlərdən biridir.

 Vətəninfo.az Publika.az-a  istinadən soğanın faydalarından bəhs edir:

 A, B və C vitamini baxımından zəngin olan soğan immuniteti gücləndirir, bədəni qüvvətləndirir. Zehni və fiziki yorğunluğu aradan qaldırır. Maddələr mübadiləsini sürətləndirərək gün ərzində daha çox kalori xərcləməyə kömək edir. Soyuqdəyməyə, öskürəyə yaxşı təsir edir. Mədə xəstəliklərinin qarşısını alır, qastritin yüngülləşməsinə səbəb olur.

 İnfeksiyaların yoluxmasına mane olur. Xolesterinin səviyyəsini aşağı salır, yüksək təzyiqdən əziyyət çəkənlərə xeyirdir. Sidikqovucudur. Həmin xüsusiyyəti sayəsində orqanizmi toksinlərdən təmizləyir. İştahanı artırır, həzmi yaxşılaşdırır. Xərçəngə yaxalanma riskini azaldır. Şişlərin yaranmasının və inkişafının qarşısını alır. Qandakı şəkərin miqdarını tənzimlədiyi üçün şəkər xəstələrinə tövsiyə edilir. Qanı, qara ciyəri və bağırsaqları təmizləyir. 

 Soğanı doğradıqdan sonra ən gec 30 dəqiqə ərzində yemək lazımdır. Çünki soğan hava ilə təmas etdikdə tərkibindəki yararlı maddələr itir. Həmçinin doğrandıqdan dərhal sonra yeyilməyən soğan mədədə qaza, qıcqırmaya və ağrıya səbəb ola bilir.

 Əgər qoxusuna görə soğan yeməkdən çəkinirsinizsə, onu yedikdən dərhal sonra cəfəri çeynəyin. Cəfəri soğanın qoxusunu aradan qaldıracaq.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az