“Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlıyıq” – Mövlud Çavuşoğlu

“Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlıyıq” – Mövlud Çavuşoğlu
"Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik”.

"Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter” səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.

"Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı aparmasına, təhlükəsizlik bölgənin yaranmasına razılıq versə də, bu prosesdə iştirak etməyəcəyini açıqlayıb. Məlumata görə, ABŞ hərbçiləri artıq Suriya-Türkiyə sərhədindəki ərazidən çıxıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az