Tanınmış boksçu türk barında güllələndi

Tanınmış boksçu türk barında güllələndi
Almaniyanın Essen şəhərindəki türk barında atışma zamanı dörd güllə yarası alan tanınmış boksçu Manuel Çarr xəstəxanaya yerləşdirilib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici KİV-ə istinadən bildirir ki, insident sentyabrın 2-də gecə baş verib.
Suriya əsilli 30 yaşlı boksçu bardakı müştərilərdən biri ilə mübahisə edib, nəticədə atışma başlayıb. Təsdiqlənməmiş məlumata görə, boksçu qarın nahiyəsindən dörd güllə yarası alıb. Yerli KİV-dəki məlumatlara görə, Çarranı yaralan şəxs hadisə yerindən qaça bilib.
Hazırda xəstəxanada olan Çarra əməliyyat edilib. Həkimlər idmançının vəziyyətinin stabil olduğunu bildirirlər.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az