Telejurnalist güllələndi-Ukraynada
Kiyevdə Rusiya kanallarından birinin aparıcısı güllələnib.
Miq.Az xəbər verir ki, bu barədə Ukrayna DİN Feysbuk səhifəsində məlumat yayıb.
"Hadisə Dneprovski rayonunda baş verib. 102 xidmətinə xəstəxanadan məlumat daxil olub. Onlara bir qadın zəng edib və bildirib ki. ərini çarpayıda qan içində tapıb. Aldığı yaradan o, dünyasını dəyişib. Ölən 1977-ci il təvəllüdlüdür, Rusiya kanallarından birinin aparıcısıdır”, - məlumatda bildirilir.
Hadisə yerinə əməliyyatçılar yollanıb və araşdırma aparılır.
Ölənin jurnalist Arkadi Babçenko olduğu bildirilir.
Verilən məlumata görə, güllələnən jurnalist "Moskovski komsomolets” və "Novıy qazeta”nın əməkdaşı olub, "Birinci kanal”la çalışıb.
Miq.Az