Ötən ay 1541 partlamamış hərbi sursat, 1 tank əleyhinə mina zərərsizləşdirilib

Ötən ay 1541 partlamamış hərbi sursat, 1 tank əleyhinə mina zərərsizləşdirilib
2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4 410 908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1 541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1 542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
 
ANAMA-dan  verilən məlumata görə, əməliyyatlarda 490 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

 İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənmiş və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az