Ötən ​gecə Gəncədə 2 bıçaqlanma hadisəsi baş verib

Ötən ​gecə Gəncədə 2 bıçaqlanma hadisəsi baş verib
Ötən gecə saatlarında Gəncədə 2 bıçaqlanma hadisəsi baş verib.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, şəhərin DOS 6 massivi bina 74 ev 4-də yaşayan 1991-ci il təvəllüdlü Habil Müqalib oğlu Məhərrəmov yaşadığı binanın yaxınlığında bıçaqlanıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Rafael Əsədovun bildirdiyinə görə, xəstəyə sol baldırın kəsilmiş-deşilmiş diaqnozu qoyulub və ona tibbi yardım göstərilib. Hadisə şahidlərinin sözlərinə görə, Habil Məhərrəmov tanımadığı şəxslərin hücumuna məruz qalıb və bıçaqlanıb. 

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.

Daha bir bıçaqlanma hadisəsi isə Gəncənin 3 mikrorayon ərazisində qeydə alınıb. Kəlbəcər rayon sakini və hazırda Gəncədə müvəqqəti məskunlaşan 1985-ci il təvəllüdlü Pərviz Bayram oğlu Həsənovun dediyinə görə, gecə saatlarında tanımadığı şəxslər tərəfindən əl nahiyəsindən bıçaqlanıb. Tüfeyli həyat tərzi sürən yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib və hazırda vəziyyəti normal qiymətləndirilir. 

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az