Qərbin cəlb olunduğu "yad əllər”lə iki müharibədə mühüm dəyişikliklər baş verir. Göründüyü üzrə, Şərqi Ukraynada atəşkəs rejiminə riayət edilməyə başlanıb, Suriyada isə nizamlama haqda razılığa gəlmək üçün yeni cəhdlər edilir.
Rusiya da bu müharibələrə cəlb edilib və indiki anda strategiyaca önəmli mövqe tutur. Donbasda "dondurulmuş” münaqişə sanksiyaların yumşalmasını istəyən Kremlə sərfəlidir. Kreml Suriyada isə açıq şəkildə hərbi iştirakını artırır və diplomatiyada aparıcı rol oynayır.
Qərbin uğursuz siyasəti Yaxın Şərqdə hərc-mərclik üçün ilkin şərtlər və Avropa Birliyində qaçqın böhranı yaratdı. 2012-ci ilin yayında Qərbin yardımı Suriyanın mötədil qiyamçılarına Əsədin qüvvələri ilə mübarizədə üstünlük təmin edə bilərdi, lakin bu cür yardımsızlıq Fars körfəzi ölkələrində varlı hamiləri olan İŞİD islamçı ekstremistlərinin və "Cəbhət əl-Nusra”nın üsyana nəzarəti ələ keçirtməyinə zəmin yaratdı. İndi məlum olur ki, Qərb Rusiyanın Əsədin istefasını şərtləndirə biləcək planını rədd edib. Finlandiyanın keçmiş prezidenti Martti Axtisaari bildirib: BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Suriya haqda onu danışıqları zamanı Rusiyanın nümayəndəsi Çurkin rejimin müxalifətlə danışıqlarından sonra Əsədin hakimiyyətdən imtinasına səbəb ola biləcək plan irəli sürüb.
Axtisaari xatırlayır ki, Çurkin o vaxt dialoqa başlamağın təcili zərurətindən və "Əsədin istefasının incə üsulu”ndan danışırmış. Lakin ABŞ, Britaniya və Fransa Rusiyanın planını rədd edib.
Axtisaari "2012-ci ildə əldən buraxılmış bu fürsətə görə” təəssüfləndiyini bildirib.
AB üçün qaçqın böhranının nəticələri və cihadın Avropa və Quzey Amerikanın küçələrinə gəlişi, nəhayət, Qərbi Suriya probleminin həllini axtarmağa oyadır. Qərbin üç il qabaq etinasz yanaşdığı Rusiyanı indi xüsusən Vaşinqtonda bu həllin axtarışında həlledici rollardan birini oynayan ölkə kimi qəbul edirlər. Britaniya və Amerika ordularının təqaüddə olan komandirləri açıq şəkildə Rusiya ilə alyansa və hətta İŞİD-lə mübarizə məqsədilə Əsədlə razılaşmağa çağırırlar. Fəaliyyətdə olan komandirlər qeyri-rəsmi olaraq bu baxış nöqtəsini təkrar edirlər. Səudiyyə Ərəbistanı nəticə çıxardıb ki, bəzi sünni qruplaşmalarına, xüsusən də İŞİD-ə nəzarət etmək mümkün deyil, İran isə İŞİD-ə qarşı koalisiyaya qoşulmaq istəyir.
Düzdür, səudlar və sürgündəki Suriya müxalifəti əvvəlki kimi hesab edir ki, Əsədi nizamlamaya yaxın buraxmaq olmaz. Məlumat var ki, Kreml Əsədin incə istefasının başqa planını nəzərdən keçirdir. Qərb indi məmnuniyyətlə bu cür plandan yapışar. Lakin Putin Əsəd rejiminə hərbi yardım məsələsində əzmkardır. Suriyada indi məhz Putin ən çox kozıra malikdir.
Kim Senqupta
"The Independent” (ABŞ), 16.09.2015